Language:
English
Gündə 5-6 badam yesəniz orqanizminizdə nələr baş verər?
19 April 2018 8166Badamın faydalarından hər kəs xəbərdardır. Ancaq gündə
5-6 ədəd bdam yeməyin sağlamlıq cəhətdən nə kəsb etdiyindən xəbərdarsınızmı?
Bu barədə türkiyəli diyetoloq Nur Ecem Baydı Ozman faydalardan bəhs edib.
Qanda mənfi xolestrol səviyyəsinin yüksək olması ürək-damar xəstəlikləri riski ilə əlaqəlidir. Hər gün təxminən 20 ədəd badam, mənfi xolestrolu aşağı salır, bu da insanların ürək xəstəlikləri riskini azaldır.
Badam yağ cəhətdən zəngindir, tox tutmaq xüsusiyyəti var.
Qan şəkərini nəzarətdə tutur.
Qəbizliyin qarşısını alır.
Badam tərkibindəki maqnezium sayəsində əksikliyi bərpa edir və infarkta qarşı qoruyur.
Sümük sağlamlığı üçün kifayət qədər faydalıdır. Xüsusilə də qatıq yeməyən insanların badam yeməkləri tövsiyə edilir.
Həmçinin badam yemək günəşin mənfi şüalarından orqanizmi qoruyur. Badamın tərkibində olan E vitamin sayəsində sərbəst radikallarla mübarizə apararaq dərini qoruyur.
Badam yemək xərçəng xəstəliyinə qarşı qoruyur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1