Language:
English
Göz qapağı əməliyyatı kimlərə tətbiq edilir?
13 May 2020 13172Göz qapağı əməliyyatı müəyyən yaşdan sonra tez-tez müraciət edilən prosedurdur.
Daha çox 35 yaşdan yuxarı şəxslər etdirir. Çünki göz qapaqlarında yaşlanma əlamətləri bu yaşlarda daha çox müşahidə edilir. Ancaq tibbi yöndən hər kəsin hər yaşda etdirməsi mümkündür. Bu əməliyyat 7-8 ilə qədər öz təsirini itirmir. Əməliyyatdan sonra yorğun üz ifadəsi yoxa çıxır.
Blefaroplastikadan əvvəl nələrə diqqət edilməlidir?
Əməliyyat ərəfəsində qanaxma ehtimalı riski artığı üçün aspirin və antibiotik kimi dərmanların prosedurdan ən az 15 gün öncə istifadəsi tərgidilməlidir. Yaxşılaşmağı gecikdirdiyi üçün siqaret kimi mənfi vərdişlər də 2-3 həftə öncədən istifadəsi buraxılmalıdır.
Üst göz qapağı estetikası necə edilir?
Həmin nahiyədə artıq dəri və əzələ toxuması kəsilərək aparılır. Alın gərmə və qaş qaldırma prosedurları ilə birlikdə tətbiq olunduğunda daha yaxşı nəticə verir.
Alt qapağın blefaroplastikasına adətən , anadangəlmə qüsurları olan insanlar müraciət edirlər. Bu hallara dərin qırışlar və piy qatının yığılması aid edilir. Bu əməliyyatın köməyi ilə həmçinin göz altında olan göyərməni aradan qaldırmaq mümkündür.Əməliyyatın keçirilməsi üçün olan digər göstərişlər isə:
- Aşağı göz qapağının dərisinin sallanması
- Dərialtı birləşdirici toxumanın çoxluğu
- Gözaltı şişlər
Yerli anesteziya ilə həyata keçən bu əməliyyat, yarım saatdan başlayaraq bir neçə saat davam edə bilər. Lazer blefaroplastikasının müsbət cəhəti isə onun 2 həftədən çox olmayan ağrısız reabelitasiyasıdır.
Digər müsbət cəhətləri isə:
- Kəsik və şişlərin tez sağalması
- Qanın ani olaraq laxtalanması
- Təsirin yalnız əzələ və piy toxumasına ola bilmə imkanı
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1