Language:
English
Gözə “qızıl” nə üçün qoyulur?
15 June 2020 11680Üz iflici bir çox insanların rastlaşdığı problemlərdəndir. Belə xəstələr düzgün müalicə edilmədiyi zaman gözləri zəifləyə və hətta kor ola bilər. Həkimlər, belə xəstələrə “gözə qızıl qoymağı” tövsiyə edirlər.
Türkiyəli oftalmoloq Akın Banaz bəzi hallarda bunun vacib olduğunu dilə gətirib. İflicdən və ya şiş əməliyyatı səbəbiylə göz qapağı bağlanmır və daimi açıq qalırsa bunun əsas yolu qızıl qoymaqdan keçir.
Üz iflici gözə necə təsir edir?
Göz qapaqlarının özünəməxsus quruluşu vardır. Göz qapaqları gözləri qorur və gözün istənilən nəmlilikdə qalmasını təmin edir. Göz qapaqlarını açan və bağlayan əzələlər vardır və bu əzələlərin sinirləri də ayrıdır. Keçirilən problemlər nəticəsində sinirlər zərər görə bilər. Göz qapağının açıqda qalması xüsusilə yatarkən xəstəyə problem yarada bilər.
Göz açıqda qalarsa nələr ola bilər?
Bu zaman quruma, infeksiya meydana gələ bilər. Risk altında olan insanların göz aralığı daraldılır.
Göz bağlanması üçün tətbiq olunan üsul nədir?
Göz qapağına qızılın qoyulması, gözlərin açıqda qalmasının qarşısı ala bilər. Bu zaman yaranmış estetik pozğunluq da əngəllənmiş olur.
Nə üçün gözdə məhz qızıldan istifadə edilir?
Bəs başqa materiallardan istifadə etmək mümkündür?
Bəli mümkündür. Ancaq nəticədə vücuda yad cism salmış olursunuz. Qızıldan istifadənin əsas səbəbi vücudda yarana biləcək reaksiyanı ən aza endirməkdir.
Bəs hər göz əməliyyatında qızıldan istifadə olunur?
Təbii ki yox. Göz qapağı bağlanmırsa, bu vəziyyət vücuda zərər verirsə o zaman qızıldan istifadə edilir.
Qızılı bir müddət sonra çıxarmaq mümkündür?
Xəstə yaxşılaşdıqdan sonra asanlıqla bunu çıxartmaq mümkündür. Bu, qalıcı və keçici olaraq tətbiq olunan prosedurdu. Üz iflici zamanı yanlız üst göz qapağında deyil, alt göz qapağında da problemlər ortaya çıxa bilər. Bunun da fərqli üsullarla müalicəsi mümkündür.
Bəs nə zaman təyin edilir?
Əgər gözdə sulanma, qızarıqlıq, işığa qarşı həssaslıq, görmə zəifliyi varsa həkim müayinədən sonra bu üsulu tövsiyə edə bilər. Bu səbəbdən bu problemlə qarşılaşanlar mütləq həkimə müraciət etməlidir. Bu prosedur 15 dəqiqə çəkir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1