Language:
English
Epilepsiya xəstəliyi nədir?
12 July 2020 9274Epilepsiya – əsas əlaməti təkrarlanan və epilepsiya tutmaları (ET) olan, müəyyən sindromlar zamanı şəxsiyyətin dəyişilməsinin xüsusi tipi və psixi pozuntularla müşayiət edilən müxtəlif etiologiyalı heterogen xəstəliklər qrupudur. Epilepsiya tutması – baş beyin neyronlarının həddən artıq güclü, hipersinxron boşalmasının klinik təzahürüdür.
Müxtəlif məlumatlara görə, epilepsiya xəstəliyinə rast gəlmə tezliyi il ərzində 100 000 nəfər əhaliyə 30-50 hadisə təşkil edir. Epilepsiyanın inkişaf riski 20 yaşa qədər 1%, 75 yaşa qədər isə 3%-ə bərabərdir.
Bəs tutmanın epileptik olub-olmadığını hardan bilmək olar?
Tutmanın epileptik və ya qeyri-epileptik olduğunu müəyyən etmək üçün ilk növbədə tutmanın ətraflı təsviri lazımdır. Tutmanın dəqiq təsvirindən məlum olan ayrı-ayrı əlamətlər düzgün diaqnoza istiqamətləndirə bilər. Qeyri-epileptik tutmalar çox yayılmışdır və onların klinik əlamətləri çox müxtəlifdir.
epilepsiya xəstəsində epileptik tutmalarla yanaşı qeyri-epileptik tutmalara da tez-tez rast gəlinir. Buna görə, mümkün qədər xəstənin hər tutması ayrıca təhlil olunmalıdır.
Tutmanın epileptik və ya qeyri-epileptik olduğunu müəyyən etmək məqsədilə aparılan cihaz müayinələri də vacibdir. Bu prosesdə elektroensefaloqrafiya (EEQ) və maqnit-rezonans tomoqrafiyası (MRT) müayinələrinin rolu əvəzsizdir. Məsələn, tutmanın təsvirindən onun epileptik və ya qeyri-epileptik olduğunu bilmək mümkün deyilsə, EEQ-də ciddi epileptik dəyişikliklər tutmanın epileptik olduğunu təsdiqləyə bilər.
Refleks tutmalarını sürətləndirici qıcıqlar aşağıdakılardır:
Titrək işıq
Çox düşünmə
Musiqi
Bəzi qidalar
Çox hərəkət
Çox oxuma
İsti su
Diksinmə
Elektroensefaloqrafiya (EEQ) – epilepsiya diaqnozu qoyulması və epilepsiya sindromunun müəyyən edilməsi üçün istifadə olunur. Lakin bu metodun üstünlükləri və məhdudiyyətlərini bilmək lazımdır. Klinikasız yalnız EEQ-nin nəticəsi epilepsiya diaqnozunun qoyulması üçün kifayət deyil. Təkrar standart EEQ müayinəsi keçiriləndən sonra epilepsiya diaqnozunun qoyulması mümkün deyilsə, EEQ monitorinqi əlavə məlumat verə bilər.
Epilepsiyanın müalicəsi yalnız dəqiq diaqnoz qoyulduqdan sonra başlana bilər. Həmçinin müalicəsinə təkrar tutmadan sonra başlamaq lazımdır.
Epilepsiya zamanı üzvi mənşəli effektiv pozuntu çərçivəsində depressiv vəziyyətlərin müalicəsini antidepressantların köməkliyi ilə aparırlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1