Language:
English
Elm naminə 60 gün doğranan qadın
19 December 2018 6622Qorxmayın bu, qadının öz vəsiyyəti olub. Sağ ikən o, əhd edib ki, meyitini elmin inkişafına qurban verəcək. Hətta, onu doğrayacaq insanlarla tanış da olmuşdu.
“National Geographic” dərgisi cansız vücudunu elmə qurban vermiş amerikalı Syu Potterin 15 illik həyatını təfsilatı ilə dərc etdirmiş, onun necə rəhmdil və əliaçıq insan olduğu barədə yazmışdır.
Syu 2015-ci ildə, 87 yaşında dünyasını dəyişib. Bu yaşa qədər yaşlı qadında şəkərli diabet və süd vəzi xərçəngi də daxi olmaqla, bir neçə ciddi xəstəliklər inkişaf etmişdir.
2000-ci ildə, Syu Potterin əri öləndə, o, təsadüfən Kolorado universitetinin alimlərinə rast gəlib. Mütəxəssislər o vaxt “Görünən insan” layihəsi üzərində çalışırmışlar.
Elə o ərəfədə Potter və alimlər razılığa gəlirlər ki, öldükdən sonra qadının meyiti balzamlaşdırılacaq və xüsusi kamerada dondurulacaq. Daha sonra 27 min kiçik fraqmentlərə doğranaraq , elmi eksponat kimi istifadə ediləcək. Bu, belədə də oldu.
Ölümündən sonra Syu Potterin cəsədinə xüsusi maye dolduruldu və o, mənfi 10 dərəcədə donduruldu. Daha sonra meyit 60 gün doğrandı, orqanizmin daha vacib orqanları - tənəffüs orqanları, ürək və beyin praktiki olaraq, dərhal xüsusi mayeyə yerləşdirildi və elmi təcrübələr üçün yenidən donduruldu.
Bəs, sizin içərinizdə elm yolunda bu cür fədakarlıq edə biləcək insan varmı?
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1