Language:
English
Doğru sevgili necə qazanılır?
30 August 2018 9052Doğru sevgilini tapmaq asan deyil. Bol səbr və münasibət qurmaq lazımdır.
Biolojik olaraq kişilər pişik kimidir. Ova çıxmaq onların işidir. Əldə etmədikləri bir şeyi arzulamağa başlayar və sahib olana qədər hər şeyi edərlər. Siz isə bu məqamda əlçatmaz olmalısınız. Bu zaman güc sizin əllərinizdə olacaq.
Özgüvəniniz yüksək olsun – Qüsursuz, supermodel olmağınız sizə sevgili bəxş etməz. Çünki sevgi belə bir şey deyil. Ancaq hər zaman özünüzü sevməli, güvənməlisiniz. Aynaya baxdığınız zaman özünüzü bəyənməlisiniz. Unutmayın ki bu xüsusiyyət kişilər üçün əsasdır.
Pozitiv olun – Həyat zaman içində enerjinizi əmə bilər. Bütün ümidinizi itirdiyinizi hiss eəd bilərsiniz. Ancaq yenə də neqativ olmayın. Bu xüsusiyyət kişilərin istəyini öldürür. Bu səbəbdən stəkanın dolu tərəfini görün.
Sevgiliniz olmasını istəyirsinizsə öncə öz həyatınız olmalıdır. Sevgilinizlə ayrı planlar barədə düşünməlisiniz. Oğlanı həyatınızın mərkəzinə qoymaq onu boğa bilər.
Qadınlar ilk görüşdə sevgiyə meyllidirlər. Qarşınızdakı oğlanla tanış olsanız belə ona sevgili kimi davranmayın. İlk görüşdə sevgi nə qədər qulağa xoş gəlsə də əks təsirləri də ola bilər. Öncə onu tanıyın. Dost olmaqdan qorxmayın. Ən yaxşı sevgilər dostluqdan yaranır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1