Language:
English
Dar və geniş şalvarlarınız üçün qızıl məsləhətlər
28 August 2018 11523Artıq yeməkdən çəkiyə sahib ola bilərsiniz. Bu səbəbdən də şalvarlarınız sizə dar ola bilər.
Dar şalvarı genişlətmək üçün istifadə edə biləcəyiniz asan üsulu təqdim edirik:
Bir sprey qutusuna ilıq su doldurun. Şalvara vurun. Daha sonra şalvarınızı yerə sərin. Şalvarın ayaqlarına basaraq iki əlinizlə nəm şalvarı dartaraq genişləndirin. Lazım gələrdə bir az daha su vura bilərsiniz.
Dİgər bir üsul:
Dar gələn şalvarınızı geyinin. Vannanı ilıq su ilə doldurub içinə girin. İlıq su şalvarın bir az daha genişlənməsini təmin edəcək. Bunu etdikdən sonra şalvarı qurutmağınız üçün zamana ehtiyacınız var.
Adətən şalvarlar bir neçə dəfə geyinildikdən sonra genişlənməyə başlayır. Şalvarınızı ilk günkü kimi geyinmək istəyirsinizsə bunun üçün məsləhətlərimiz var. Şalvarınızı maşınyuyana qoyun və standart proqaramda yuyun. Geniş şalvarınızı yuyan zaman yumşaldıcıdan istifadə etməyin.
Yüksək istidə yuduqdan sonra quruducuya atın. Yüksək istidə qurudun.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1