Language:
English
Damarları bu qidalarla təmizləyin
09 August 2018 7449Düzgün qidalanmamaq nəticəsində damar tıxanıqlıqları baş verə bilər. Bu hətta ölüm riskini belə artırır. Bu səbəbdən yeyilənlərə diqqət göstərmək lazımdır.
Türkiyəli professor, Dülgeroğlu, bal sirkəsinin ən vacib xüsusiyyətinin, vücudu təmizləməsi olduğunu bildirərək, sirkənin içəriyə daxil olduğu zaman vücuddakı sularla birləşdiyini qeyd edib. Beləliklə də hüceyrə divarları arasındakı keçiricilik artır. Maddələr mübadiləsinin fəaliyyəti isə artır.
Vücud içində atılmayan və toplanan maddələr, tər yolu və idrar yolları ilə xaricə atılır. Bununla da damarlar təmizlənir.
Damar tıxanıqlığını təmizləyən vasitələrdən biri də sirkədir.
Sirkə sinir sistemi üzərində çox böyük effektə sahibdir.
Gün ərzində bir ovuc badam, E vitamini, lif və doymamış yağlarla zəngindir. Həmçinin tərkibində olan antioksidanlar sayəsində damarlardakı zədələrin qarşısını almaq mümkündür.
Ürək sağlamlığını qoruyan əsas vasitə isə zeytun yağıdır. Gündə bir qaşıq zeytun yağı içərək xərçəngdən də qoruna bilərsiniz. Çünki təbii antioksidandır. Həmçinin təzyiqi aşağı salır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1