Language:
English
Dəridə qaşıntı yaradan xəstəliklər
19 May 2018 9749Türkiyənin Acıbadem Fulya Xəstəxanası Dəri və Zöhrəvi xəstəliklər mütəxəssisi proessor Sedat Akdeniz, qaşıntının altında dəri xəstəliklərindən diabetə, qaraciyər xəstəliklərindən psixitrik xəstəliklərədək mühüm səbəblərin yata biləcəyini bildirib.
Uşaqlıq zamanında başlayan və illərlə davam edə bilən eqzemalı qaşıntı, təkrarlayan bir dəri xəstəliyidir.
Bu səbəbdən uşaqlıqda “keçdi” deyə baxılan atopik eqzema, yeniyetməlik zamanın da tez-tez qarşılaşa bilinir. Dəri ilə təmasda olan yuyucu tozlar, göbələk xəstəlikləri qaşıntıya səbəb ola bilər. Dərinin də quruması buna səbəb olan faktorlardan biridir.
Qaraciyər xəstəlikləri – öd kisəsi tıxanıqlığı, sirroz, hepatit kimi xəstəliklər qaşıntıya səbəb ola bilir. Xronik qaraciyər xəstəliklərində inadçı qaşıntılar yaşayış tərzinə mənfi təsir göstərir. Bəzən isə qaşıntını azalda məlhəmlər buna çarə olmur.
Diabet xəstələrinin vacib bir qismi qaşıntıdan narahatdır. Çünki diabet dərini qurudan zaman qaşıntıya səbəb olur.Bəzi xəstəliklərdə diabet diaqnozu qoyulmadan qaşıntı başlayır. Qan şəkərinin normal səviyyəyə gəlməsi ilə birlikdə qaşıntı azalaraq yox olur.
Tiroid xəstəlikləri – Tiroid xəstələri də qaşıntıya səbəb olan xəstəliklər sırasında yer alır.Hipertiroid və ya hipotiroidi müalicə etdikdən sonra isə qaşıntılar kəskin şəkildə azala bilir.
Böyrək xəstəlikləri – Xronik böyrək xəstəliklərinin 100-də 90-da qaşıntı meydana gələ bilər. Dializ xəstələrində ən vacib səbəb dəri quruluğu ilə birlikdə kalsium, maqnezium, fosforun azalmasıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1