Language:
English
Dəri problemlərinin asan həlli
23 July 2018 8759Bəzən artıq çəkidən xilas olsaq da sellülit qızarıqlıqları, damarlardakı problemlər, rəng fərqlilikləri qalıcı hala gəlir. Müasir zamanda bu kimi problemlərin həlli üçün isə bir sıra üsullardan istifadə edilir.
Hormonlarla və ya düzgün olmayan qidalanma ilə əlaqəli olaraq yaranan sellülit, dərinin zərif nahiyələrində toplanan yağların çoxluğu ilə artır. Tamamilə yox olması mümkün olmasa da müxtəlif cərrahi üsullara ehtiyac duyulmayaraq azaldıla bilər.
Məsələn ayağınızın üst qisminə parıltılı nəmləndirici tətbiq etməklə başlaya bilərsiniz. Bu, ortaya çıxan parlaqlıq sellülitlərinizin gizlənməsini təmin edəcək. Bu ərəfədə duş qəbul edərkən vücud fırçası köməkliyi ilə problemli hissəyə massaj edə bilərsiniz. Etdiyiniz bu vərdiş qan dövranınızı artıraraq sürətləndirəcək.
Gənc və hamiləlik zamanı dəridə yaranan çatlar. Bu problemdən bir çox insan əziyyət çəkir. Xüsusilə də hamilə qadınlar. Mütəxəssislər, çatların bənövşəyi rəngdə olan zaman müdaxilə edilməsini vacib bilirlər. Çünki bəyazlaşmış çatları yox etmək demək olar ki mümkünsüz haldır.
Xüsusilə yeniyetməlik zamanında azyaşlıların üz dərisində belə problemlər meydana çıxa bilər.
Bunun üçün dəri yaxşı nəmləndirilməlidir. Çatlar bəyazlaşmamış müdaxilə edilməlidir.
Nəmləndirici kremlər,yağlardan istifadə edilməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1