Language:
English
B12 vitamininin əksikliyi bu xəstəliyi yarada bilər
31 March 2018 8475B12 vitamininin əksikliyi bir çox sağlamlıq problemlərinə yol aça bilər. Xüsusilə də depressiyaya qədər bir çox xəstəliyə yol aça biləcək B12 vitamininin əksikliyi, unutqanlıq, yorğunluq kimi gündəlik həyata təsir edən problemlər də yarada bilər.
B12 əksikliyi səhərlər yorğun qalxmaq, əsəb funksiyalarının pozulmasına yol açır. Bundan başda B12 vitamininin əksikliyində eşitmə əsəb iltihabı və zehni pozuntular ortaya çıxır.
Dəniz məhsulları, ət və süd məhsulları ilə yumurta və pendirin tərkibində mövcuddur.
Axşamlar evə daha enerjili getmək istəyənlər, yaxınları ilə daha əyləncəli vaxt keçirmək arzusunda olanlar B vitamin kompleksi və ginkgo bitkisini gündəlik almalısınız.
Yeməklərin, məsələn ətlər çox qaynadılmalı deyil. Qaynatma müddətinin uzadılması və dərəcənin yüksəlməsi B12 vitaminini azaldır.
Qaraciyərin suda qaynadılmasından sonra suyunun tökülməsi, B12 vitamininin itkisini artıran səbəblər arasındadır.
B12 vitamini üçün menyünüzə yumurta, balıq, pendir, südü əlavə etməlisiniz.
Diqqət əksikliyi, halsızlıq və digər daha ciddi problemlərin qarşısını almaq üçün B12 ilə zəngin olan qidaları mütləq yemək lazımdır.
14 yaşından böyük olanlar gündə 2,4 mq B12 alınmalıdır. Hamiləlik müddətində 2,6 mq və əmizdirmə zamanı isə bu miqdar 2,8 mq olmalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1