Language:
English
Bədəndə folik asit əksik olarsa nə baş verər?
10 September 2018 9296Folik asit, B9 vitamini olaraq da adlandıra biləcəyimiz vitamindir. Vücudda folik asit azlığı bəzi xəstəliklərə yol aça bilər. Həmçinin qansızlıq yaşaya bilərsiniz.
Folik asit, mərkəzi sinir sistemi üçün son dərəcə önəmlidir. Əgər əksiksə depressiya yaşaya bilərsiniz. Bununla yanaşı diqqət əksikliyi, unutqanlıq hiss edə bilərsiniz. Əgər müalicə edilməzsə altsheymer xəstəliyi də yarana bilər.
Əksiklik zamanı beyin daha az oksigen qəbul edər. Bu səbəbdən beyin arteriyaları şişməyə başlayaraq baş ağrısı yaradar. Xüsusilə dəmir əksikliyi yaşayan vücudlar, sinə, ayaq nahiyələrində ağrılar hiss edə bilər.
Hemoqlabin, ağciyərlərinizdən gələn bütün oksigeni vücudunuzun bütün toxumalarına dövr etdirir.
Bu əksiklik oksigenin azalmasına səbəb olduğu üçün tənginəfəslik də yarada bilər.
Mədə bulantısı, qusma, mədə ağrısı və ishal kimi problemlər də yarana bilər. Bu səbəbdən bu vitaminin bədəninizdə mövcud olub-olmamasını yoxlayın.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1