Language:
English
Arı südü nədir? – Bilinməyən faydaları
03 August 2018 14552Arı südü, arılar tərəfindən hazırlanan bəyaz, məcun miqdarında olan mayedir. İşləyən arılar tərəfindən istehsal edilir.
Balın içərisinə qarışdırılıb məcun kimi istifadə edilən arı südü, həm tək, həm də içkinin içərisinə qatılaraq istifadə edilə bilər. Çox miqdarda istifadəsi doğru deyil. Gün ərzində maksimum 1 qram kimi istifadəsinə göstəriş vardır.
A, B1, B2, B3, B5, B6, B9, B12, C, D, E, K kimi vitaminlərlə zəngindir.
Həmçinin kalsium, dəmir, florin, fosfor, yod, maqnezium, sodium, sinko kimi minerallar da mövcuddur.
İmmunitet sistemini gücləndirir.
Aparılan araşdırmalara görə, arı südü uşaq inkişafına mane olan kimyəvi maddələri əridərək yox edir.
Qan təzyiqini nizamlayır.
Təzyiq kimi şikayətləri azaldır.
Ürək-damar problemlərindən qoruyur.
Vücuda enerji verir.
Keyfiyyətli yuxu üçün kömək edir.
Yara sağaldıcıdır.
Fəsillər arasında yaranan yorğunluq, halsızlıq, kefsizlik kimi əlamətləri ortadan qaldırır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1