Language:
English
Acı həqiqəti necə deyək?
13 November 2018 11942Ölüm qorxusu - insan övladının ən böyük qorxusu.
Sorğularımızın birində ölümcül xəstə olan adama öləcəyi haqda məlumat verilməsinin düzgün olub-olmamsı haqda müzakirə aparıldı - cavablar müxtəlif oldu. Bu məsələni bir qədər geniş nəzərdən keçirək.
Azərbaycanda həkimlər üçün pasiyentə ölümcül xəbərin verilməsinə dair vahid qayda yoxdur. 20 il əvvəl Avropa da belə idi. Lakin sonralar pasiyent şəxsiyyətinə ehtiram, insan hüquqlarının qorunması və s. kimi ideyalar inkişaf etməyə başladı. Elan olundu ki, pasiyentin öz durumu haqda həqiqəti bilmək hüququ var və həmişə bu haqda məlumatlandırılmalıdır. Əslində bu, düzgün yanaşmadır, lakin çox həssas məqamdır.
Çoxsaylı tədqiqatlar göstərib ki, ağır xəstələrin 80%-i nə qədər acı olsa da, həqiqəti bilmək istəyirlər. Belə çıxır ki, pasiyentlərin böyük əksəriyyətinə onların ağır durumda olmalarını bildirmək lazımdır. Lakin eyni zamanda bu, o deməkdir ki, qalan 20% diaqnozları barədə məlumat almaq istəmirlər və ya buna hazır deyirlər.
Ona görə də Qərbdə həkimləri başa salırlar ki, ölümcül diaqnoz barədə söhbətə çox həssas yanaşmaq lazımdır, pasiyentə ehtiyatla bildirilməlidir ki, vəziyyət o qədər də yaxşı deyil - ona pauza vermək, informasiyadan uzaqlaşmağa şərait yaratmaq lazımdır.
Belə ağır vəziyyətdə, xəstənin yaxınlarının dəstəyinə böyük ehtiyacı olur, onlardan təsəlli, ümidverici sözlər eşitmək istəyir.
Lakin çox zaman pasiyent diaqnozu barədə elə sual verir ki, onun cavabını eşitmək istəmir ...
Acı da olsa, ölümün həqiqət olmasını hamımız başa düşürük. Bəs bu həqiqəti siz necə eşitmək istərdiniz?...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1