Language:
English
Ağrılar nə üçün soyuq havalarda artır?
27 July 2018 12206Müasir dövrün ən çox qarşılaşılan problemləri arasında bel, boyun, kürək ağrıları yer alır. Xüsusilə də saatlarla kompyuter arxasında çalışmaq bu ağrıları daha da şiddətləndirir. Həmçinin paketləri daşımaq, düzgün edilməyən hərəkətlər xəbərimiz olmadan fəqərə sürüşməsinə belə yol aça bilər.
Bəzi xəstələrin problemi dincəldikdən sonra keçsə də bir qismdə isə uzunmüddətli müalicə tələb edir.
Xüsusilə də bu növ ağrılar soyuq havalarda daha da kəskinləşir.
Payız,qış aylarında bu problemlər dərinləşməyə başlayır.
Türkiyəli mütəxəssis, Murad Hamid Aytar bunun səbəblərini açıblayıb.
Həmin açıqlamanı təqdim edirik.
Bunun başlıca səbəbi onurğaların isti ayda daha rahat hərəkət etdiyi, qışda isə gərginləşməsidir. Əgər pasiyentdə ümumiyyətlə az da olsa onurğa ilə problem olarsa, bu soyuq havada daha da kəskinləşəcək. Buna səbəb qışda ağrıların, gərginlikllərin və hərəkətlərdə azalmanın müşahidə edilməsidir. Evə yerləşdirilən isidicilərin önündə uzunmüddət qalmaq, açıq maşın pəncərəsindən gələn külək və həmçinin tərləmək ağrıları kəskin həddə artıran faktorlardır. Onurğalar güclü olmadıqda adi edilən əl yuma vərdişi, əsnəmək, asqırmaq belə ağrılar yarada bilər.
Əksər insanlar isə problemin düzələcəyini düşünərək həkimə getmirlər. Bu isə daha da pis nəticələrə səbəb olur. Unudulmamalıdır ki, yaranan problem müdaxiləsiz düzələ bilməz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1