Language:
English
Duzun faydaları və zərərləri hansılardır?
14 March 2018 14998Duz, vücudda əksildiyi zaman bir çox xəstəliklərə səbəb olur. Duz mineralı əksildikdə isə əsəb sistemi yaxşı çalışmır, əzələ hərəkətləri gücsüz hala düşür. Təbii antibiotik olan duz, əksik olduğu zaman şəxsi depressiyaya salır.
ABŞ-ın Lova universitetinin araşdırmaçıları “psixoloji və davranış” jurnalında duz əksikliyi barədə məqalə yayımlanıb.
Duz təbii mineraldır. Vücuddakı qan miqdarı və təzyiq səviyyəsi üçün vacibdir. Vücudun elektrolitini tənzimləyən duz, gərəkli olan miqdarda istifadə edildiyi təqdirdə vücudun asidini qoruyaraq əzələ tutulmalarının qarşısına keçər. Mütləq şəkildə itirilən duz geri alınmalıdır. Bu səbəbdən qidalanmağa diqqət göstərilməlidir.
Dünya Səhiyyə Təşkilatı böyüklərin və uşaqların nə qədər duzdan istifadə edə biləcəyi barədə məlumatlar açıqlayıb. Belə ki,məlumata əsasən tövsiyə edilən duz miqdarı 5 qramın altında olmalıdır. Çünki duzdan artıq istifadə zamanı da bir çox xəstəliklər yarana bilər.
Bunlar hansılardır?
- Yüksək təzyiq
- Ürək xəstəlikləri
- İnfarkt
- Su itkisi
- Sümük əriməsi
- Həzm pozğunluqları
- Böyrək xəstəlikləri
- Hormonal pozuntular.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1