Language:
English
Uşağın qızdırması varsa bunları etməyin – Səbəblər
14 March 2018 13941Bədən istiliyinin göstəricisi normaldan üstündürsə bu, qızdırma olaraq adlandırılır. Ancaq ölçülən nahiyyələr baxımından göstəricilərdə dəyişiklik yarana bilər. Belə ki, istilik, qoltun altından 37, qulaqdan 37.3 dərəcədən yuxarı olarsa bu artıq qızdırmanın yüksəldiyi mənasına gəlir.
Hər ailə uşağı xəstələnən zaman təşvişə düşür. Nəzərinizə çatdıraq ki, aparlan araşdırmalar təsdiq edib ki, orta dərəcədə olan istilik (39 dərəcəyədək olan qızdırma) xəstələnən şəxsin mikroblara qarşı mübarizə apardığını və özünü qorumasının əlamətidir.
Türkiyəli pediatr İhsan Şehla, bu səbəbdən müdaxilə zamanı təşvişə düşməməyi, ümumi vəziyyəti normaldırsa qorxmağa səbəbin olmadığını bildirib. Onun sözlərinə görə, əgər uşağın vəziyyətində qeyri-adilik yoxdursa, müəyyən dərəcəyədək (380 – 38.50) istiliyin qalxmasına icazə vermək lazımdır.
Qızdırma zamanı bədəndə bir çox mexanizm təsir altına düşür. Maye və kkalori ehtiyacının artmasına səbəb olur. Oksigen sərfiyyatı artdığı üçün ürəyin fəaliyyəti də yüksəlir. Bu vəziyyət ürək çatışmazlığı olan xəstələrdə ağırlaşmalara səbəb ola bilər. Həmçinin qızdırma qansızlıq, xronik ağciyər xəstələrinə də mənfi təsir göstərir.
6 ay-5 yaş arası epilepsiyalı uşaqlarda qızdırma daha təhlükəlidir. Bu, krizləri artıra bilər.
– İlk olaraq geyindiyi paltarlar incəldilməlidir.
– Otaq soyudulmalıdır.
– İlıq su ilə çimizdirilməlidir.
– Əgər yenə də qızdırması enmirsə bu zaman həkim tövsiyəsi ilə doğru miqdarda dərman verilməlidir.
Dərmanlardan gərəksiz yerə istifadə – Əksər valideyn qorxu ilə əlinə keçən dərmanı uşağa verir. Bu isə istənilməyən nəticələr doğura bilər. Çünki unudulmamalıdır ki, hər dərman eyni təsirə malik deyil və mütləq şəkildə hansısa digər orqana da təsir göstərir.
Antibiotikdən istifadə – Belə zamanlarda ailələr dərhal antibiotikə başlayırlar. Ancaq uşaqlarda qızdırmanın ən çox görünən səbəblərindən biri viruslardır və antibiotikə ehtiyac yoxdur. Həkim deməmiş bu tip dərmanlara başlamaq olmaz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1