Language:
English
Kifayət qədər su içməmək bu xəstəlikləri yaradır
09 March 2018 11753Su həyatdır. Suyun olmadığı yerdə həyat davam etməz. Sağlamlıq üçün də su əsas şərtdir. İnsan beyninin 75 faizi, qanının 92, əzələlərinin 75 faizi sudan ibarətdir. Kifayət qədər su içməmək orqanizmdə bir sıra problemlər yaradır.
Bədən gündə təxminən 10 stəkanlıq su itirir. Mütəxəssislər bunun üçün gündə 8 stəkan su içməyin vacib olduğunu bildiriblər.
Yorğunluq və halsızlıq yaranır. Su bədənin əsas enerji qaynağıdır.
Astma və allergiyalara səbəb ola bilər. Susuzluğa məruz qalan bədən sudan qənaət məqsədilə hava yollarını daraldır. Bu da astmaya səbəb yaradır. Çox susuz qaldıqda isə allergiyalar yaranır.
Həmçinin susuzluq təzyiq yaradır. Qanın 92 faizi sudan meydana gəlir. Bədən susuz qaldığında qanın içərisindəki su miqdarı azalaraq qan qatılaşır. Qalınlaşan qan damarlarda tıxanmaya səbəb olaraq qan təzyiqini artırır.
Susuz qalmaq dəri xəstəliklərinə yol açır. Bu zaman dəri yolu ilə atılan toksinlər ləngiyir. Qırışıqlıqdan ekzemaya qədər bir çox xəstəliklər ortaya çıxa bilər.
Yüksək xolestrola səbəb olur. Belə ki susuzluq xolestrol səviyyəsini artırır.
Mədə ağrılarının da yaranmağı mümkündür.
Yetəri qədər su içməmək qəbizlik yaradır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1