Language:
English
Uşaqları asanlıqla süddən necə kəsmək olar?
09 March 2018 13575Əmizdirmək ananın uşağına verdiyi mühüm hədiyyədir. Ancaq bəlli zamandan sonra bu hədiyyəni geri almağa məhkumsunuz.
Bu barədə türkiyəli pediatr Dicle İnanç mühüm açıqlamalar verib.
Əmizdirməyin kəsilməsi üçün doğru bir zaman yoxdur. Ən əsası uşağın süddən kəsilməsinə hazır olmasıdır. Adətən uşaqlar 9-12 aydan öncə məməni buraxmazlar. Tövsiyə edilən ən az 1 il uşaqların ana südü almaları və əmizdirməyin 2 yaşına qədər davam etdirilməsidir.
Əmizdirməyi kəsmək istədikdə özünüzü pis, yalnız, günahkar və depressif hiss edə bilərsiniz. Bu təbiidir.
Süddən kəsmək anidən deyil yavaş-yavaş olmalıdır. Mərhələli şəkildə bu davam etdirilməlidir. Uşaq da zamanla buna alışacaqdır. Bunun əvəzinə inək, keçi südü verə bilərsiniz.
Mütəxəssis tətbiq edilməli əsas nüansları qeyd edib:
- Gündə etdiyiniz əmizdirmə sayını azaldın.
- Əmizdirmə müddətini qısaldın. Yaşına uyğun olaraq əlavə qida verin.
- Marağını başqa yönə çəkin.
- Əmizdirməyi əsasən yuxudan əvvəl edin. Bunun belə olduğunu ona anlatmağa çalışın.
- Gecə süddən kəsmək daha çətindir. Bu səbəbdən gecəni tərgitməyi ən sona saxlayın.
- Əgər sınadınız ancaq heç bir nəticə əldə etmədinizsə ola bilsin ki uşağınızı süddən kəsmək üçün uyğun zaman deyil. Bir müddətdən sonra yenidən təkrarlayın.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1