Language:
English
Hansı xəstəliklərdə hansı bitki çayı içilməlidir?
07 March 2018 12534Qış mövsümündə maddələr mübadiləsini güclü tutmaq insanı xəstəliklərdən qoruyur. Maddələr mübadiləsini gücləndirmək üçün bitki çaylarının əhəmiyyəti danılmazdır. Mütəxəssislər, hansı xəstəlik zamanı hansı bitki çayının faydalı olduğunu açıqlayıblar.
Adaçayı – Antimikrobial təsiri ilə mikroblardan və bakteriyalardan qoruyur. Yüngül yorğunluğun əlaməti görülən xəstəliklər zamanı adaçayından istifadə tövsiyə edilir.
İtburnu – C vitamini ilə zəngindir. Maddələr mübadiləsini gücləndirir. Ən çox istifadə edilən bitkilərdəndir. Uzunmüddət dəmləndiyi zaman effekti ölə bilər. Bu səbəbdən çox dəmlənməməlidir. Olduqca sürətli tez bir zamanda istifadə edilməlidir. Əks təqdirdə C vitamini məhv olar.
Qızdırma müşayiət olunan xəstəliklər zamanı zəncəfil və nanə çayı içilməlidir.
Nanə çayı qrip hallarında qızdırma da varsa, vücudun isinməsini və tərləməsini təmin etdiyi üçün istifadə edilir. İçilən çaya təzə dərilmiş nanə olaraq da əlavə oluna bilər. Zəncəfil isə ağciyərlərdəki infeksiyasının vücuddan çıxarılmasında yararlıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1