Language:
English
Yeni virus yaradılıb
01 March 2018 14616Sevindirici xəbər odur ki, alimlərin yaratdığı bu mikroorqanizm insan sağlamlığı üçün faydalıdır. İş ondadır ki, onun təsiri patogenlərin məhvinə yönəldilib.
Təhlükəli hüceyrə ilə qarşılaşan süni virus onu dağıtmağa başlayır. Yaradılan kapsulun eni cəmi 20 nanometrdir. Belə kiçik ölçülər onun praktik olaraq orqanizmin bütün toxumalarına, həmçinin, sümük toxumasına sirayət etməsinə şərait yaradır.
Onu da qeyd etmək lazımdır ki, tədqiqatçıların yeni kəşfi birə-bir təbii virusu əvəz edir.
Yeni vasitənin təsir mexanizmini öyrənmək üçün alimlər real zaman rejimində vizualizasiya aparıblar.
Məlum olub ki, süni virus patogen orqanizmin üzərinə çökür və onların membranında deşik əmələ gətirir. Beləliklə, ziyanverici bakteriya məhv olur.
Kliniki tədqiqatlar göstərib ki, süni yaradılmış virus insan orqanizmi üçün təhlükəli deyil və hətta, sümük toxumasına da daxil olur. Bu isə öz növbəsində, irsi xəstəliklərin terapiyasında vasitə kimi istifadə oluna bilər.
Mütəxəssislər, həmçinin, qeyd ediblər ki, bu metodikanı infeksion xəstəliklərin müalicəsi üçün də istifadə etmək olar.
Hazırda yeni preparat üzərində klinik təcrübələr davam edir. Bu səbəbdən onun geniş istifadəsindən hələ ki, söhbət getmir. Kəşfin müəllifləri ümid edirlər ki, bu, tezliklə baş verəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1