Language:
English
Pəhrinizin yanlış olduğunu göstərən əlamətlər
01 March 2018 12393Hər arıqlamaq pəhrizi doğru deyil. Əgər bu əlamətlər sizdə varsa ehtiyyatlı olun.
Əksər pəhriz saxlayan insanlar bir müddət yedikdən sonra bu proqramı tərgidirlər. Və öncəki çəkilərinə tez zamanda qayıdırlar. Dieta insana ömür boyu düzgün qidalanmanı aşılamalı və gözünün heç bir qidada qalmasına icazə verməməlidir.
Özünüzü daim ac hiss edirsinizsə, idman etmirsinizsə, sinir sisteminizdə artıq problem yaranıbsa, dərinizdə yaşlanma əlamətləri görürsünüzsə bu, yanlış pəhriz növündə olduğunuzun göstəricisidir.
Bir çox qidadan məhrum qalmadan dietaya əməl etməlisiniz.
Mədəniz quruldayırsa – Pəhriz cəza deyil. Əgər daima aclıq hissi ilə dolaşırsınızsa bu, yetəri qədər kkalori almadığınız mənasını daşıyır.
Kkalorisi aşağı, lifi çox, zəngin və doydurucu qidalar yeməlisiniz.
İdman hərəkətləri etmirsinizsə – Doğru pəhriz növündə mütləq idmana yer verilməlidir. Sadəcə tez bir zamanda arıqlamağı vəd verən və idman hərəkətlərinin yer almadığı dietalardan qaçmalısınız. İdman sadəcə arıqlamağınız üçün deyil, ürək xəstəliklərindən qorunmağınıza kömək edəcək. Sümüklərin inkişafı üçün vacibdir. Yuxusuzluğa və ağrılara da çox faydalıdır.
Əgər həzm prosesi çətin gedirsə, ağrılar varsa, əməl etdiyiniz pəhriz yanlışdır. Düzgün dietada ishal və ya qəbzlik problemi yaşamamalısınız.
Qadınlar ən az 25 qr, kişilər isə 38 qr lif qəbul etməlidirlər. Məsələn, düyü, qoz, fındıq yeməlisiniz.
Saçlarınız tökülür, əvvəlki kimi uzanmırsa, dərinizdə problemlər yaşayırsınızsa deməkdir ki, orqanizminizdə B12 vitaminini əksikdir. Pəhriz zamanı A,C, E, D vitaminləri bol olan qidalar yeməlisiniz. Əgər dietanızın menyusundə bunlar yoxdursa yanlış yoldasınız.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1