Language:
English
Əsl balı saxtadan necə ayırmalı?
01 March 2018 13153Sağlamlığın dostu,xəstəliyin düşməni olan balı saxtasından ayırmaq çətin olsa da mümkünsüz deyil.
Günlük enerji ehtiyacı qarşılayan əsas qidalardan biri baldır. İnsanın gücünü artırır, günə gümrah başlamağa kömək edir. Ancaq təəssüf ki, günümüzdə saxta bal satanlar artıb. Əsl balı saxtasından ayırmaq isə o qədər də asan deyil.
- Gerçək bal soyuq ortamlarda şəkərlənir. Saxta bal isə olduğu kimi qalır.
- Əsl balın özünəməxsus qoxusu var. Balı kəsən zaman, saxlama qabını açıb bağlayan zaman bu qoxu daha çox hiss edilir.
- Gerçəyi daha qatı olur.
- Gerçək bal, şərbət kimi hədsiz şirin olmur. Bal ağıza alınan zaman bir neçə növdə dad gəlir. Saxtalarda isə adətən eyni tam alınır.
- Ucuz balın tərkibində şəkər vardır.
- Balı rəfdə saxlamaq düz deyil. Hər zaman nəm çəkər. Üzərində isə təbəqə yaranar. Daha sonra kristallaşır. Saxtalarda isə belə olmur.
- Əsl bal daha ağır olur. Çəkisi çox çıxır.
- Balın qatılığı, axışqanlığı daim olmalıdır. Kəsik-kəsik axan bal saxtadır. Çiçək balı sürətli axar.
- Bir qaşığa bal qoyub qaza tutduğumuz zaman gerçək bal olduqca axışqan olur. Dayaqnıqlıdır və gec yanar. Saxta bal isə tez alışar və kömürə dönər.
- Soyuducuda təxminən bir ay saxlanılan balın krem ya da kərə yağı qatılığına gəlməsi balın həqiqi olduğunu göstərir.
- Qələmi (ucu nəmləndirilən zaman bənövşəyi rəng yazan) bala batırın sonra bamağınıza çəkin. Rəngli olaraq çıxırsa bal qarışıqdır. Əgər çıxmırsa həqiqi baldır.
- Soyuq havada donmayan bal saxtadır. Zeytun yağının donması kimi bankanın alt qismləri donmalıdır.
- Saxta balın rəngi bir az daha açıqdır.
- Balı qaşıqla alıb yerə töksəniz saxta bal yayılacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1