Language:
English
Ayaq tərləməsinin səbəbləri nədir?
26 February 2018 22193Ayaq tərləməsi əksər insanlar üçün yaz-yay ayının problemi olsa da, bəziləri qış fəslində də ayaq tərləməsindən əziyyət çəkirlər.
Əslində ayaq tərləməsi sadə bir problem olaraq görünsə də bəzi ciddi xəstəliklərin xəbərçisi ola bilər.
Artıq çəkilər, diabet, ürək və ağciyər xəstəlikləri, dərmanlardan istifadə, hamiləlik, klimaks dövrü kimi narahatçılıqlar da ayaq tərləməyinin ən böyük səbəblərindən ola bilər.
Bunun üçün müxtəlif müalicələr mövcuddur.
Əgər dərmandan öncə bitkilərlə həll yolu axtarırsınızsa, bu məsləhətlər sizin məqsədinizə uyğundur:
Sirkə: Bir stəkan ilıq su içərisinə iki çay qaşığı əlavə edəcəyiniz sirkəni hər gün mütəmadi olaraq istifadə etməyiniz ayaqlarınızdakı tərləmək problemini ortadan qaldırmağa kömək edəcək.
Buna alternativ olaraq bir vedrə suya bir neçə qaşıq sirkə əlavə edin. Ayaqlarınızı həmin suda saxlayın. Bununla həm tərləməyin qarşısı alınacaq, həm də pis qoxulardan qurtulacaqsınız.
Pomidor suyu: Bir ya da iki pomidoru əzərək ayaqlarınıza çəkə bilərsiniz. İlıq su ilə yuduqdan bir neçə gün ərzində fərqi hiss edəcəksiniz.
Kartof: Əzilib suyu çıxarılan çiy kartof, ayaqlara tətbiq edin. Bir az belə saxladıqdan sonra ayaqlarınızın tərləməyi azalacaqdır.
Qarğıdalı unu və ya soda: İlıq su ilə yuduğunuz ayaqlarınızı qarğıdalı unu və soda qarışımı ilə ovalayın və bir saat ərzində belə saxlayın. Bu ayaq tərləməyinin qarşısını qismən də olsa ala bilər.
Qara çaydakı möcüzə: Bu növ çayın tərkibindı olan tannik asid və süzülmüş çay yarpaqları ilə ayaqlaraq massaj edin. Bu dərini yaxşılaşdıracaq. Həmçinin pis qoxularla mübarizəni asanlaşdıracaq.
Kokos yağı: Bu yağın anti bakterial xüsusiyyəti var. Ayaqlarınızı yatmazdan əvvəl bu yağ ilə ovalayın. Tərləməyiniz böyük ölçüdə azalacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1