Language:
English
Qanazlığının səbəbləri nədir?
24 February 2018 18066Dəmir əksikliyi dünyada ən çox müşahidə edilən anemiya qansızlıq növüdür.
Hematologiya bölməsinin mütəxəssisi Fatih Öçal dəmir əksikliyinin səbəblərini anladaraq, əlamətləri barədə xəbərdarlıq edib.
Erişkin Hematologiya klinikasının mütəxəssisi Öçal dünyada ən çox tapılan elementlərdən biri olsa da, dəmir əksikliyinin dünyada ən çox görülən anemiyanın səbəbi olduğunu söyləyib.
Dəmir əksikliyi anemiyası, halsızlıq, yorğunluq, həddindən çox yuxu istəyi və ya yuxusuzluq, saç tökülməsi, dırnaq pozğunluğu, qaşıntı, baş ağrısı, baş dönməsi, unutqanlıq, nəfəs darlığı, udqunmada çətinlik və s. kimi bir çox şikayətlərlə üzə çıxar.
İlk olaraq qan analizi zamanı Hb - yəni hemoqlabin aşağı çıxar. Bunun səbəbini araşdıran zaman isə ilk olaraq həkimlər dəmirin faizini yoxlatmağı tövsiyə edirlər. Əksər zaman da Hb-nın aşağı olmasının səbəbi dəmir olur.
Bundan sonrakı ən vacib addım isə dəmir əksikliyinə yol açan səbəbi araşdırmaqdır. Əks təqdirdə dəmir əksikliyi, müalicədən sonra təkrarlana bilər. Və ya altda bəzi səbəblərin gizləndiyi aşkar edilir. Onlar, mədə və bağırsaq xərçəngidir. Bu zaman erkən diaqnoz qoyularaq müalicəyə başlanılır. Çünki dərhal müalicə başlamasa xəstəlik irəliləyə bilər.
Dəmir əksikliyinin ən vacib səbəbləri ağızdan dəmir qəbulunun azalması, dəmir ehtiyacının artmasıdır.
Yuxarıda qeyd etdiyimiz kimi ağızdan dəmir qəbulunun azalması səbəblər sırasındadır. Xüsusilə ət və ət məhsulları dəmirdən zəngin qidalardır. Qan dəyərinin yüksəlməsində bu qidaların faydası çoxdur.
İspanaq, üzüm kimi qidalar təbii dəmir artırıcılarıdır. Adətən ət yeməyən insanlarda bu daha çox müşahidə edilir.
Uşaqlıq və yeniyetməlik çağında vücud kütləsinin artması ilə birlikdə, qadınlarda da hamiləlik və əmizdirmə zamanında dəmir ehtiyacı artır. Xüsusilə uşaqlarda dəmir əksikliyi anemiyası, böyümə və inkişaf geriliyinə yol açır.
Xüsusilə gənc qadınlarda menstruasiya, doğum, əmizdirmə zamanında yaranan itkilər dəmir əksikliyinin ən vacib səbəbləridir.
Həmçinin bəzi bağırsaq parazitləri (qurdları) da dəmir əksikliyinə yol açan başlıca səbəblər sırasındadır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1