Language:
English
Qrip əleyhinə olan peyvənd zərərlidir
24 February 2018 12536Qrip, soyuqdəymə əleyhinə peyvəndlər vurulur. Mütəxəssislər tərəfindən belə dərmanların xəstəlikdən qoruduğu söylənilir.
Türkiyəli professor Canan Karatay isə qrip peyvəndinin təhlükəli olduğunu bildirib: “Peyvəndlərin tərkibində aliminium var. Bu isə Alzheimer səbəbidir. Peyvəndə ehtiyac yoxdur. Bunun əvəzinə D vitamini istifadə edin”.
Mütəxəssis, bəzi yalançı professorların neçə ildi yanlış məlumatlarla insanları səhv istiqamətə yönləndirdiyini qeyd edib.
“Mən təbii olanları xatırladıram. Səhhət üçün ən faydalısı mətbəxdir. Dərdimiz çəki vermək deyil, vücudun sağlam olmasıdır. Ailə necə qidalanırsa, uşaq da elə qidalanır. Atam, anam, ailə böyüklərinin hamısı şəkər xəstəsi idi. Anam atama insulin vurardı. Həyatımdan şəkəri o zaman çıxartdım”,deyə Karatay söyləyib.
“Meyvə insulin gücünü artırır. Günəbaxan yağından çiy olaraq istifadə təhlükəlidir. Tez-tez yemək və dəli kimi qaçmaq da insulin müqavimətini artırır. Bizə illərlə yumurtanın sarısını yedizdirmədilər. Dünyada aclığın qarşısı alınmadı, ancaq bəzi insanların ciblərinin aclığının qarşısı alındı”, - deyə professor vurğulayıb.
“D vitaminini dərman olaraq qəbul etmək doğrudur?” sualına Karatayın cavabı belə olub: “Vitamini dərman olaraq qəbul etmək tamamillə ticarət məqsədi daşıyır. D vitamin kənd kərə yağında da var. Əlavə qəbul etmək yüksəldər ancaq kifayət etməz. Mən heç bir pəhrizi tövsiyə etmirəm. Vücudumuz bizə hər şeyi deyir. Bel çevrəsi bir az genişlənməyə başlasa gizli şəkəriniz var deməkdir. Şəkər xəstəliyi gizli və öldürücü bir xəstəlikdir amma qarşısı alına bilər”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1