Language:
English
D vitamini və kalsiumun faydası yox imiş – Şok araşdırma
23 February 2018 12945D vitamini sümüklərin inkişafı, rəxit xəstəliyinin yaranmaması baxımından çox mühümdür. Xüsusilə də pediatrlar 2 yaşa qədər uşaqlara bu vitaminin verilməsini məcburi qeyd edirlər.
Ancaq elm adamlarının açıqlaması bilinənləri alt-üst edib.
Belə ki çinli elm adamları sümükləri gücləndirdiyi və qoruduğu söylənilən kalsium və D vitamininin faydasının olmadığını bildiriblər. Onların sözlərinə görə, 10 ildə 51 min xəstəyə nəzarət edilib. Nəticədə kalsiumun sümüklərə faydasının olmadığını təsbit ediblər.
Sümüklərinizi qorumaq üçün kalsium və D vitamininin vacibliyi məhz uzun illərdən bəri elm adamlarının tövsiyəsi idi. Ancaq yeni araşdırma bilinənləri qarışdıraraq yeni mübahisəyə icazə verdi. Çin, Tianjin xəstəxanasında işləyən Guo Zhao və kollektivi, 2006-cı ildə bu yana nəticələrin 51 min 144 pasiyentin vəziyyətini araşdırıb. Hər bir xəstə, sümük qırıqlarının müalicə edilməsi ya da yaşları səbəbindən qırılmalarının qarşısını almaq üçün kalsium və D vitamini qəbul ediblər. Araşdırmadan sonra kalsium vitaminlərinin yaxşılaşma ilə əlaqəsinin olmadığı anlaşılıb.
Elm adamları kalsiumun həmçinin qırıqları, onurğa sümüklərinə də müsbət təsirinin olmadığını qeyd ediblər.
Türkiyəli mütəxəssis Ahmet Rasim Küçükusta, araşdırmanı belə dəyərləndirib:
“D vitaminini hər kəsin qəbul etməsini doğru hesab etmirəm. Artıq D vitamini qanda kalsium artışına səbəb olur. İştahsızlıq, mədə bulantısı, qusma kimi əlamətlərlə üzə çıxır. Kalsium sümük qırıqlarının qarşısını almır. Həmçinin infarkt, böyrək daşı, mədə-bağırsaq şikayətləri riskini də artırdığı barədə bir çox araşdırma sübutu var.
Uşaqlara isə bu vitamin qoruyucu miqdarda verilməlidir. Bunun faydası var. Ən azından xəstəliyə yol açan səbəblərdən qoruyar”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1