Language:
English
XXI əsrin ən böyük bəlalarından biri piylənmədir. Bunun fonunda bir çox digər xəstəliklərin yarandığı da heç kimə sirr deyil. Müasir insan bu bəla ilə mübarizə aparmaq üçün müxtəlif vasitələrdən istifadə edir – idmanla məşğul olur, ayrı-ayrı dietalardan yararlanır, həyat tərzini dəyişir. Lakin bəzən elə məqamlar yaranır ki, cərrahi müdaxilə qaçılmaz olur. Piylənmədən qurtulmaq üçün mədəkiçiltmə əməliyyatı – mədənin rezeksiyası həyata keçirilir. Bu haqda hekimtap-a bariatrik cərrah, ali dərəcəli həkim Aslan Abdulla danışıb:
– Mədə rezeksiyası- mədənin bir hissəsinin kəsilib götürülməsi deməkdir. Amma hər bir bariatrik əməliyyat mədənin kəsilib götürülməsi ilə nəticələnmir. Mədə başqa yollarla da kiçildilə bilir. Ona görə də mədə kiçiltməsi əməliyyatı ifadəsi geniş anlamdır – oraya Sleeve Gastrectomy, Ru-en-Y, Gastric Bypass, BPD və ya Duodenal Switch və s. əməliyyatlar daxildir. Bu zaman nəticə etibarilə mədə kiçildiyi üçün və insanların başa düşəcəyi termin olduğu üçün onların hamısına mədəkiçiltmə əməliyyatı deyirik.
– Mədəkiçiltmə əməliyyatı piylənmədən əziyyət çəkən pasiyentlər üçün nəzərdə tutulub. Bir neçə qrup mədəkiçiltmə əməliyyatları mövcuddur. Bu, xüsusi bir bariatrik təlimdir və bədən kütlə indeksi bəlli rəqəmlərdən yuxarı olan (35-40-dan yuxarı) pasiyentlər üçün təyin edilir.
– Bu, piylənmənin qarşısını almaq üsulu deyil, piylənməni müalicə etmək üsuludur. Piylənmənin qarşısını almaq isə piylənmə olmadan mümkündür – qidalanma və həyat tərzini normallaşdırmaqla. Rezeksiya isə piylənmədən əziyyət çəkən insanların müalicə üsuludur. Amma profilaktik üsul deyil. Profilaktik üsul sadəcə bədən kütlə indeklsi 30-35-dən aşağı olan insanlara düzgün qidalanma və həyat tərzinin aşılanmasıdır. Qidalanma mədəniyyəti deyilən anlam var – biz onu unutmuşuq. Yadımıza salaq, evlərimizdə süfrələr 3 dəfə açılar, 3 dəfə yığılardı. Süfrə açılanda bütün ailə üzvləri onun başına toplaşardı. Yəni gün ərzində qidalanmanın dəqiq qrafiki mövcud olurdu. Təəssüf ki, bu gün buna nadir hallarda rast gəlinir. Kim harada gəldi, necə gəldi, nə ilə gəldi qidalanır. Valideyn bir qutu çips və kolanı götürür əyləşir serialın qarşısında, uşaq da eyni mədəniyyəti təkrarlayır – kola və çips götürüb əyləşir kompüter oyunu qarşısında. Yəni qaydasız qidalanma tərzi, üstəgəl konservasiya olunmuş market məhsullarından istifadə, qidalanma mədəniyyətimizin bu cür pozulması gətirib piylənməyə çıxarır. Əvvəllər məktəbə gedəndə dərsdən əvvəl bizə yarım saat idman etdirirdilər. Varmı bu adət indi? Təəssüf ki, çox nadir məktəblərdə rast gəlinir.
Fiziki hərəkətlərin məhdudlaşması, fast-food qidalarının dəbdə olması, şəkərin qəbul miqdarının artması ciddi fəsadlara gətirib çixarır. Belə bir statistika var - hansı ölkədə ki, şəkərin əhali tərəfindən qəbul olunma göstəricisi yuxarıdır, piylənmələrin sayı orada daha çoxdur. Bu siyahıya ABŞ başçılıq edir. Orada adam başına sutkaya 256 qr şəkər düşür. Beynəlxalq Səhiyyə Təşkilatının tövsiyəsinə görə isə bir adamın sutkada qəbul etdiyi şəkərin miqdarı 50 qr-ı keçməməlidir. Təəssüf ki, bizim ölkədə də şəkər qəbulu göstəricisi yuxarıdır. Orqanizmin düşməni şəkərdir. Süni şəkildə alınmış şəkərdən hazırlanan qida məhsulları metabolizmi asanlıqla pozur, bu isə piylənmənin əsasını qoyur.
– Bəli var. Mədəkiçiltmə əməliyyatlarından sonra adətən 6 ay ərzində pasiyentlər artıq çəkinin 60-70%-ni itirirlər. Növbəti 6 ay ərzində isə tam normal çəkiyə düşürlər.
– Xeyr, bu, plastik və estetik əməliyyat deyil. Deyəcəklərim pasiyentlərdə motivasiyanı azalda bilər, amma həqiqəti bilmək lazımdır. Pasiyentlər kiçiltdiyimiz mədənin hesabına piylənmədən və onun fonunda yaranan xəstəliklərdən xilas olurlar, amma yeni bir problemlə qarşılaşırlar – orqanizmdə ən böyük orqan olan dərinin sallanması ilə. Dəri qırışa bilir, sallana bilir. Dəri kollogenlərlə zəngindir. Onun sallanma probleminin qarşısını almaq mümkündür. Əgər pasiyentlər əməliyyatdan sonra qidalanma qaydalarına əməl edərlərsə, fiziki aktivlik dediyimiz qaydada artırılarsa ikinci bir problemi – dəri sallanmasını qazanmazlar. Dəri sallanmasının qarşısını alan ikinci metod -piylənmədən vaxtında əməliyyat olunmaqdır. Bu zaman da ikincili problem olan dəri sallanması yaranmaz. Rezeksiya estetik və kosmetik əməliyyat sayılmır, əksinə, estetik və kosmetik problemlər yarada bilir. Sadəcə, gənc insanlar piylənmə xəstəliyindən xilas olanda 6 ay, bir ildən sonra inanılmaz dərəcədə dəyişirlər, xarici görünüşləri gözəlləşir. Necə deyərlər, onlar piylənmənin içərisindən çıxırlar, həkimin göstərişlərinə düzgün əməl etsələr, heç bir dəri problemləri də olmaz. Bəzən insanlar buna estetik problem kimi yanaşırlar, qətiyyən estetik və kosmetik problem deyil. İnsanlar səhvən plastik cərrahlara müraciət edirlər. Bu, qəbuledilməzdir, çünki bu metabolizm pozuntusudur və bariatrik cərrahiyyəyə aiddir, bununla yalnız bariatrik cərrahlar məşğul olmalıdırlar.
– Bu əməliyyatlar açıq şəkildə ABŞ, Fransa və İtaliyada 1957-ci ildən keçirilir. Onların aqibəti sonradan yaxşı olmadı. Qarın nahiyəsində 25 sm-lik kəsik edildikdən sonra onsuz da təngənəfəs olan insan əməliyyatdan sonra ağrıya görə daha da təngənəfəs olur və oksigen çatışmazlığından yaranan tromboembolik ağırlaşmalardan dünyasını dəyişir. Bu, indiyə qədər də böyük bəla olaraq qalır. Amma laparoskopik cərrahiyyədə bu risk demək olar ki, sıfıra bərabərdir. 80-cı illərdə laparoskopik cərraiyyə inkişaf etməyə başlayandan sonra 90-cı illərdə bariatrik əməliyyatlar yenidən tətbiq olunmağa başladı. O əməliyyatlar ki, açıq şəkildə aparılırdı və nəticələri yaxşı deyildi, laparoskopik şəkildə icra olunduqdan sonra gözəl nəticələr əldə edildi və piylənmə müalicəsində qızıl standarta çevrilməyə başladı. Azərbaycanda isə bu əməliyyatlar 2012-ci ildən tətbiq edilməyə başlanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1