Language:
English
Bir çox insanlar profilaktika və ya müalicə məqsədilə gündəlik olaraq ağız yaxalayıcılarından istifadə edirlər. Lakin bir qrup alim müəyyən edib ki, ağız gigiyenası üçün istifadə olunan bu maddələr bir neçə səbəbdən insan orqanizmi üçün ziyanlıdır.
Ağız yaxalayıcılarından istifadənin neqativ təsirlərindən biri onların ikinci tip şəkər və piylənmənin qarşısını alan ağız bakteriyalarını yuyub aparmasıdır. Bu, o deməkdir ki, həmin maddə təkcə zərərli deyil, həm də xeyirli mikroorqanizmləri yuyub aparır. Belə qənaətə gəlmək üçün alimlər 40-65 yaşlı mindən çox insanın xəstəlik tarixini və anamnezini öyrəniblər. Onların demək olar ki, hamısında artıq çəki və şəkərli diabetə meyillilik qeydə alınıb. Məlum olub ki, bu xəstəliklər ağız yaxalayıcılarından gündəlik istifadə edənlərdə 20%, gündə iki dəfə istifadə edənlərdə isə 30% artıq qeydə alınıb.
İş ondadır ki, yaxalayıcının tərkibindəki antibakterial elementlər tədricən faydalı, xüsusən də azod oksidinin ifrazına cavabdeh olan mikrobioumu məhv edir. Məhz bu element maddələr mübadiləsində və şəkərin qandakı miqdarını tənzimlənməsində iştirak edir. Alimlər təkidlə israr edirlər ki, insanlar ağız boşluğunun gigiyenası üçün nəzərdə tutulmuş bu maddələrdən imtina etsinlər. Bunun əvəzinə xalq təbabətində geniş istifadə olunan çobanyastığı və ya palıd qabığından yararlansınlar. Lakin onları da istifadə etməzdən əvvəl stomatoloqla məsləhətləşmək lazımdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1