Language:
English
Əllərinizi düzgün yumursunuz
21 December 2017 20422Süfrəyə əyləşməzdən əvvəl və ya Yeni il qabağı digər tədbirlər öncəsi bu sual xüsusilə aktualdır: Özümüzü patogen mikroorqanizmlərdən necə qoruyaq? Axı onlar hər yerdədir – supermarketlərdə, restoran və kafelərdə, otel və nəqliyyat vasitələrində və s. Bəs görəsən, biz əllərimizi mikroblardan tamamilə təmizləyə bilərikmi?
Özümüzü və yaxınlarımızı patogen mikroorqanizmlərdən qorumağın ən azı iki strategiyası var. Birincisi ondan ibarətdir ki, əllərimizdəki mikrob kütlələrinin miqdarını azaldaq və bunun üçün biz daha çox sabundan istifadə edirik. Çoxsaylı tədqiqatlar göstərib ki, əlləri sabunla yumaq diareya ehtimalını əhəmiyyətli dərəcədə aşağı salır, belə ki, sabun mikrobların çox hissəsini məhv edir.
İkinci strategiya - bakteriyaların məhv edilməsidir. Bunun üçün spirt, xlor, peroksid, xlorheksidin və ya triklozan kimi maddələrdən istifadə olunur.
İkinci strategiyada orqanizmimizi bakteriyalardan qorumaq bir qədər çətindir. Belə ki, bəzi bakteriyalar elə genlərə malik ola bilir ki, onları antibakterial maddələrə qarşı dayanıqlı edir. Bu o deməkdir ki, antibakterial maddə əllərimizdəki bakteriaların bir hissəsini məhv etsə də, bu maddələrə dayanıqlı olan hissəciklər ölmür - yaşamağa və çoxalmağa davam edir. Bundan başqa, məhv olmayan hissəciklər daha dayanıqlı olan başqa hissəciklərə çevrilə də bilir. Bu cür super-hissəcikləri heç bir anti-bakterial vasitə məhv edə bilmir, antibakterial vasitələrin həddindən artıq istifadəsi isə sağlamlığa ziyan gətirə bilər.
Yeri gəlmişkən, sübut olunub ki, diş məcunları, sabun və dezodorantlarda geniş istifadə olunan antibakterial triklozan maddəsi orqanizmdəki hüceyrələri zədələyə bilər. Odur ki, triklozanın antiseptik məişət vasitələrində istifadəsi tövsiyyə olunmur.
4000 nəfərin arasında aparılan tədqiqat göstərib ki, əllərin orta yuma müddəti təqribən 6 saniyədir. Bu da insanın özünü və ətrafdakıları mikrob və bakteriyalardan qorumaq üçün yetərli deyil. Bundan başqa, məlum olub ki, insanların çoxu (93.2%) öskürdükdən və ya asqırdıqdan sonra əllərini yumurlar, bu da öz növbəsində infeksiyaların yayılmasına şərait yaradır.
Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (Centers for Disease Control and Prevention, ABŞ) əlləri aşağıdakı hallarda yumağı tövsiyyə edir:
- Qida hazırlamazdan əvvəl və sonra;
- Qida qəbul etməzdən əvvəl;
- Xəstələrə qulluq etməzdən əvvəl və sonra;
- Tualetdən sonra;
- Uşaqların bezlərini dəyişdikdən və ya körpələrə qulluqla bağlı digər gigiyenik prosedurlardan sonra;
- Asqırdıqdan, öskürdükdən və burnu sildikdən sonra;
- Ev heyvanına toxunduqdan və ya onu yedizdirdikdən sonra;
- Ev heyvanının qidasına toxunduqdan sonra;
- Zibil tulladıqdan sonra.
Əlləri bu cür yumaq lazımdır:
- Əllərinizi su ilə isladın;
- Əllərinizi sabunlayın;
- Sabunu əllərin bütün səthinə yayın, diqqət yetirin ki, sabun əllərinizin üst tərəfinə yayılsın, barmaqların və dırnaqların arasına yerisin;
- Biləklərinizi 20-30 saniyədən az olmayaraq sabunlayın;
- Sabun köpüyünü su ilə yuyun;
- Əllərinzi təmiz quru dəsmal və ya hava quruducusu vasitəsilə qurudun.
Əgər sabun və su əlçatmaz olarsa, sanitayzerdən (əllər üçün antiseptik) istifadə edin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1