Language:
English
Dırnaq göbləyinin əlamətləri və müalicəsi
13 November 2018 21941Dırnaq göbələyi keçici xəstəlikdir və müalicəsi çox vaxt tələb edir. Əgər müalicə olunmazsa, daha da arta bilər.
Bu xəstəlik əvvəlcə dırnağın ucunda, ya da altında sarı və ya ağ bir nöqtə kimi görünməyə başlayır. Vaxt keçdikcə dırnağın rəngi dəyişir, qalınlaşır və hətta qırılmağa başlayır. Müalicə olunmadığı müddətdə digər ayağa, ya da bədənin fərqli bölgələrinə keçə bilər.
Əgər infeksiya dırnağınızın kiçik bir hissəsindədirsə, həkiminizin məsləhəti ilə alınmış krem və ya dırnaq cilalayıcısı xəstəliyi mülicə edə bilər. Əgər xəstəlik dırnaqlarınızda çox yayılıbsa, bir neçə kurs müalicə qəbul etməklə ondan azad ola bilərsiniz. Əgər dırnaq göbələyi çox yayılıb və şiddətlənibsə, dırnaqların çıxarılması ilə nəticələnə bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1