Language:
English
Ət yeyən zaman diqqət edin
25 August 2018 7580Qurban bayramında ağız və diş sağlamlığı ilə bağlı problemlər arta bilər. Mütəxəssislər, bişirilmədən çox istifadə edilən qırmızı ətin dişlərə zərər verdiyini bildiriblər.
Doğru bişirilmədən istifadə edilən qırmızı ət dişlər cəhətdən risk yaradır. İnkişaf, sağlam dişlər üçün kalsium, fosfor qəbulu kifayət qədər olmalıdır. Fosfor üçün zəngin protein qaynağı ətdir. 100 qram qırmızı ətin tərkibində təxminən 286 mq fosfor mövcuddur. Ancaq ətin doğru şəkildə bişirilməsi əsasdır. Ətin sərtliyi isə həm diş ətinə həm də dişlərə zərər verə bilər.
Qənd əsla dişdə qırılmamalıdır. Bayramlarda qənd, şokolad kimi şirin qidaların yeyilməsi ilə bağlı mütəxəssislər xəbərdarlıq ediblər.
İlk olaraq qənd dişlər üçün zərərli qidadır. Ancaq istifadə edilsə də əsla dişlərdə qırılmamalıdır.
Şokolad, qənd yeyilən zaman ardından təcili su içilməlidir. Çünki şirniyyatlar diş çürükləri üçün zəmin hazırlayırlar.
Şəkərli, asidli içkilərin soyuq şəkildə istifadəsi problemi daha da artıra bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1