Language:
English
Şəkər psixoloji problemlərə gətirir
03 January 2019 11436Şəkərin həddindən artıq istifadə olunması psixi pozuntulara gətirib çıxara bilər. Lakin bu nəticələr hər kəs tərəfindən birmənalı qəbul edilmir. Dietoloqlar isə bu fikri, ümumiyyətlə, qəbul etmirlər.
Böyük Britaniyada aparılan tədqiqatda təqribən 8000-ə yaxın adam iştirak edib. Könüllülərdən məlumatların toplanması bir neçə il davam edib.
Tədqiqat çərçivəsində iştirakçıların rasionunda heç bir dəyişiklik edilməyib. Yəni onlar istədikləri kimi qidalanıblar.
Alimlər belə nəticəyə gəliblər ki, şəkərin həddindən artıq istifadəsi bəzi psixi pozuntulara səbəb ola bilər.
Söhbət ciddi psixi xəstəliklərdən getmir. Alimlərin sözlərinə görə, bu halda xroniki formalı depressiyalar, səbəbsiz təşviş və panik tutmalar qeydə alınmışdır. Britaniyalı alimlərin bu nəticələrinə dietoloq və qastroenteroloqlar skeptik yanaşıbılar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1