Language:
English
Üzərlik koronovirus zamanı effektlidir?
07 April 2020 9873Yaranan Covid-19-dan sonra Türkmənistanda xəstəliyin qarşısını almaq üçün üzərlik toxumundan istifadə edilməyə başlanılıb. Bundan sonra isə bu bitkinin faydalarından sosial şəbəkələrdə bəhs edilməyə start verilib.
Üzərlik toxumu, tənəffüs yolu infeksiyalarını keçirmək üçün seçilən bitki növüdür. Əvvəlki zamanlardan bu günə qədər bir çox problemlərdə istifadə edilir. Kəskin qoxuya sahib olan üzərlik toxumunu yandırdıqda isə tüstüsü evə yayılır.
İstifadə edilən bir çox bitkilər kimi üzərlikdən əldə edilən yağlar, tibb sahəsində istifadə edilir. Stresi azaldır, gərginliyi aradan qaldırır.
Bəs üzərlik Covid-19 virusu zamanı effektlidir?
Üzərliyin bu xəstəliyə faydalı olduğunu təsdiq edən dəqiq araşdırma faktı yoxdur. Ancaq tənəffüs yolu xəstəlikləri zamanı effektiv təsirə malikdir.
Üzərlik toxumu çay şəklində istifadə edildiyi zaman antibakterial təsirə malik olur. Vücuda yerləşəcək olan viruslardan sizləri qoruyar. Astma xəstələri, üzərlikdən ikinci çarə kimi istifadə edirlər. Ancaq həddindən çox istifadə də zərər verə bilər. Bu səbəbdən istifadədən öncə həkiminizlə məsləhətləşin.
Bəs üzərlik toxumunun başqa faydaları nədir?
Soyuqdəymə, qrip xəstəlikləri zamanı effektlidir.
Tüstüsü daxilə çəkildikdə üst tənəffüs yollarını açar və təmizləyər.
Boğaz ağrısı zamanı effektlidir. İltihab varsa bəlğəm yoluyla atmağa kömək edər.
Öskürəyi yavaşladar.
Yuxu problemini aradan qaldırar.
Gərginliyi azaldar.
Hormonların düzgün fəaliyyəti üçün vacibdir.
Gözdə yaranan infekiya və iltihablanmalara müsbət təsir göstərir. (razyana ilə qaynadıb pambıq köməkliyi ilə tampon edilə bilər.)
Ağız qoxusunun qarşısını alır.
Bəs üzərlik toxumu çayı necə hazırlanır?
2 stəkan suyun içərisinə üzərlik toxumunu atın və 3 dəqiqə qədər qaynadın. Qaynadılmış çayı 7 dəqiqə dəmliyin və son olaraq süzərək için.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1