Vugar  Guliyev hekimtap.az

Vugar Guliyev,Uzm.

Orthopedist-traumatologist

Uzman

6 years of experience

Baku
boyun disk yırtıqları hekimtap.az

boyun disk yırtıqları

Author: Uzman Dr. Vüqar Quliyev
1388

Published: 04.03.2019
Vugar Guliyev

 BOYUN  DİSK  YIRTIQLARI

 

Boyun yırtığı boyun fəqərələrinin arasındakı qığırdağın onurğa beyni kanalına doğru yer dəyişdirməsi, çıxması nəticəsində, qola gələn sinirlərə və onurğaya təzyiq etməsi ilə yaranan xəstəliyə deyilir.

 

Əlamətlər:

  • Başlanğıcda yüngül ağrılar ilə başlayır, boyun tutulması olur, işləmək çətinləşir, hər hansı yük daşımaq boyun və kürəkdə ağrılara səbəb olur.
  • Yırtıq zamanı ağrılar sadəcə boyunda deyil, təzyiqə məruz qalan sinir boyunca kürək, çiyin, qol, əl bölgələrində də olur. Ağrı əsasən gecə yuxuda artır.
  • Bu xəstələrdə sinir üzərində olan təzyiq əllərdə, qollarda gücsüzlüyə və keyləşməyə səbəb olur. Əşyaların tez-tez əldən düşməsi müşahidə olunur.
  • Hər hansı bir kəskin hərəkət və ya ağır yük qaldırma olmadığı halda yaranan ağrıların səbəbi boyun disk yırtığı ola bilər.
  • Boyun yırtığı zamanı başı sağa- sola çevirmək , arxaya əymək çətinləşir. Bu hərəkətlərin edilməsi kəskin ağrılara səbəb olur.
  • Bundan başqa ənsədə ağrı, başgicəllənmə, qulaqlarda səs, ürəkbulanma ola bilər. Xəstəliyin irəliləməsində isə sidik və nəcisi saxlamaq çətinləşir.

 

Boyun yırtığının MÜALİCƏSİ

Boyun yırtığı müalicəsində ilk olaraq müraciət edilən üsul boyun əzələlərini gücləndirərək onurğaya düşən yükü yüngülləşdirməyə istiqamətli məşqlərdir. Bu məşqlər sayəsində yırtığın irəliləməsi dayandırıla bilər. Yırtıq səbəbiylə yaşanan kəskin ağrıları yüngülləşdirmək üçün həkiminiz ağrı kəsici dərman təklif edə bilər. Dərmanla birlikdə boyun əzələlərini rahatlaşdıran əzələ boşaldıcı mazlar istifadə edilə bilər. Əgər ağrılar dərman müalicəsi ilə azalmırsa və boyun hərəkətləri məhdudiyyətlərə davam edirsə fiziki müalicə variantı qiymətləndirilə bilər. Fiziki müalicə ilə ağrıların görüldüyü bölgələr gücləndirilir və yırtığın sinirlərə etdiyi təzyiqin azaldılması hədəflənir.

Yuxarıdakı müalicə üsullarıyla, əlamətləri nəzarət altına alına bilməyən boyun yırtığı üçün əməliyyat variantı fikirləşilə bilər. Mütəxəssislər boyun yırtığı əməliyyatını ən son müraciət ediləcək variant olaraq görür və mümkün qədər cərrahi müdaxilə xaricindəki üsullardan nəticə alma yoluna gedir.

Mikrodiskektomiya ilə Cərrahiyyə əməliyyatı zamanı boyunun ön nahiyyəsində kəsik aparılır, fəqərələrin ön hissəsi əldə edildikdən sonra disk materialı çıxarıldıqdan sonra yerinə sümük parçasi yerləşdirilərək titan lövhə ilə fiksasiya edilir. Əməliyyatdan sonra bir neçə gün boyun korseti gəzdirilməsi məsləhət görülür. 


Vugar Guliyev,Uzm.

Choose time

Write you telephone number

By applying you accept

rules of service