Ruhel Qasımov hekimtap.az

Ruhel Qasımov

Vertebrologist

8 years of experience

Baku
Skolioz hekimtap.az

Skolioz

Author: Vertebrologist Ruhel Qasimov , (+994 55) 444-33-44
2292

Published: 18.02.2020
Ruhel Qasımov

Skolioz nədir?

Skolioz əsasən özünü gənc və yeniyetmə yaşlarında büruzə verir. Onurğanın əyriliyi əsasən döş və bel nahiyələrində daha çox nəzərə çarpır. Skoliozun inkişafı əsasən onurğanın döş nahiyəsinin deformasiyası kimi özünü göstərir. Bu deformasiya daxili orqanların bir çoxunun patoloji dəyişikliyinə gətirib çıxarır. Skolioz oğlan uşaqlarına nisbətdə qız uşaqlarında daha çox müşahidə olunur.

Skoliozun simptomları:

Skoliozu olan şəxslərdə, narahatçılıq etibarı ilə, ilkin başlanğıcda ağrı, narahatçılıq olmur. Lakin diqqətli olsaq, skolioz olan insanlarda bir çiyinin və ya bud-çanaq oynağının birinin digərinə nisbətən yuxarıda olmasını, önə əyilən zaman döş nahiyəsinin qeyri-bərabər formada yerləşməsini, qabırğa donqarlığının əmələ gəlməsini, ayaqların birinin digərinə nisbətən qısa olmasını, bel nahiyəsində olan üçbucaqların tamlığının pozulmasını müşahidə edəcəyik.

Skoliozun səbəbləri:

Skoliozun əmələ gəlməsinin elmə məlum olan və olmayan səbəbləri var. Fiziki səbəblərdən, oturuş qaydasının düzgün olmaması, daima birtərəfli çantalardan istifadə olunması (əsasən məktəblilərdə), paravertebral əzələlərin inkişafının zəifliyi və yaxud da birinin digərinə nisbətən zəif inkişaf etməsi və s. kimi problemləri göstərmək olar. Fiziologi səbəblərə gəldikdə isə, orqanizmdə K,Ca,Mg çatışmamazlığı və ya orqanizmdə bu maddələrin kafi qədər olmasına baxmayaraq, hüceyrələr tərəfindən mənimsənilməsində problem yaranması. Bunada əsasən kalsitonin hormonunun çatışmamazlığı göstərilir. D vitamini çatışmamazlığı da dayaq hərəkət sistemində narahatçılıq yaratdığı kimi, skoliozun əmələ gəlməsinə də zəmin yaradır. Təcrübələr onu da göstərir ki, yeni doğulan körpələr ana südü ilə lazımı qədər qidalanmadıqda da gələcəkdə bu insanlarda skoliozun əmələ gəlmə ehtimalı çox böyükdür.

Skoliozun diaqnostikası:

Skoliozu həkim vizual olaraq, kliniki müayinə edərək aşkar edə bilir. Lakin əyriliyin dərəcəsi rentgenoqram vasitəsi ilə müəyyən olunur. Skolioz əsasən 4 dərəcəyə bölünür.

0 -10    I dərəcə
11-30   II dərəcə
31-60   III dərəcə
61 dən artıq olan skolioz əyriliyi   IV dərəcəli skoliozlara daxildir.

Bəzən xəstədə onurğa sütununun deformasiyası uzun müddət dəyişilmədən qala bilir. Bəzi hallarda qısa müddət ərzində kəskin proqressivləşir (onurğa əyriliyi artır). Buna görə də skoliozu olan insanlar periodik olaraq həkim nəzarətində olmalıdır.

Skoliozun müalicəsi:

Skoliozun müalicəsi zamanı hər bir xəstəyə individual yanaşmaq lazımdır. Ümumi götürdükdə paravertebral əzələlərin yumuşaldılması (massaj), onurğa traksiyası  (dartılma), əzələlərin gücünü bərpa etmək üçün nevral terapiya tətbiq olunur. Müalicə ilə yanaşı paravertebral əzələlərin inkişafı üçün həkimin təyin etdiyi idman hərəkətlərini etmək lazımdır.

Skoliozun müalicəsində əks göstərişlər:

Skoliozun müalicəsi həkimin təyin etdiyi prosedurların ardıcıllığından çox aslıdır.Skoliozu olan insanların skolioz müalicəsində bəzi nüanslara diqqət edilməlidir.

Skoliozu olan xəstələrdə, xəstə traksiya olunmayacağı təqdirdə paravertebral əzələlərin yumuşaldılması  məqsədə uyğun deyil. Əzələlərin yumuşaldılması yalnız həkimin təyin etdiyi gərgin paravertebral əzələ qruplarına tətbiq olunmalıdır.

I və II dərəcəli skoliozlarda uzun müddət korsetdən istifadə etmək məqsədə uyğun deyil. Onurğasında rotasiyası (fırlanma) olan skolioz xəstələrinin traksiya olunması sonda arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Skoliozu olan xəstələrin üzgüçülük ilə məşğul olması yalnız həkim göstərişi ilə olmalıdır. Əksər hallarda kor-koranə (əzələ gərginliyinin nə dərəcədə olduğunu bilmədən) üzgüçülük ilə məşğul olmaq gərgin paravertebtal əzələ qruplarının daha da gərginləşməsinə və bunun nəticəsində skoliozun dərəcəsinin daha da  artmasına gətirib çıxarır.

Skoliozun profilaktikası:

Skoliozun əmələ gəlməsinin qarşısını almaq üçün orqanizmdə K, Ca, Mg, vitamin D, kalsitonin hormonunu normada saxlamaq, məktəblilərin birtərəfli çantalardan istifadə etməməsinə, stol arxasında düzgün oturmasına diqqət etmək lazımdır.


Ruhel Qasımov

Choose time

Write you telephone number

By applying you accept

rules of service