Osteoxondroz – oynaq qığırdaqlarının kompleks distrofik pozğunluğudur. Praktik olaraq bütün oynaqlarda ola bilər. Lakin ən çox fəqərəarası disklərdə rast gəlinir. Lokalizasiyasından asılı olaraq ayrılır boyun, döş və bel osteoxondrozu.
Osteoxondrozun yaranma səbəbi ilkin olaraq qığırdaq toxumanın və fəqərə cisminin qidalanmasının pozulması, insanın hormanal sistemində dəyişikliklər nəticəsində olur. Qığırdaq elastikliyini və turqorunu itirərək formasının və tərkibini dəyişir. Düzgün olmayan qidalama osteoxondroz prosesini dərinləşdirir. Fəqərəarası disklərin qidalanması diffuziya yolu ilədir, ona görə də travmadan sonra disklərin bərpası çətin olur.
Osteoxondrozun, fəqərəarası diskdə baş verən dəyişikliklərin səbəbləri tam öyrənilməməişdir. İnsanlar osteoxondrozun yaranmasını ən çox 35 yaşdan sonra hiss etməyə başlayırlar. Bu prosesin inkişafına və kəskinləşməsinə müxtəlif onurğa travmaları, statik və dinamik qeyri bərabər yük daşıma və eləcə də vibrasiya təkan verir. İnsanın yaşı nə qədər çoxdur, simptomlar o qədər şox aşkar görünür. Buna baxmayaraq son dövrlərdə 18 yaşdan 30 yaşa kimi insanlar da kürək ağrıları şikayətləri ilə müraciət edirlər. Xəstəliyin bu qədər erkən başlama səbəbləri az deyil: zəif fiziki hazırlıq, qamət pozğunluğu, onurğa əyrilikləri, yastı pəncəlik və artıq çəki. Bundan başqa əsas olaraq aşağıdakı səbəbləri saymaq olar:
1. İrsi (genetik) meyillilik;
2. Orqanizmdə maddələr mübadiləsi pozğunluğu, infeksiya, intoksikasiya;
3. Həddindən artıq çəki;
4. Düzgün qidalanmama (mikroelementlərin və maye qebulunun az olması);
5. Yaşlanma ilə əlaqədar dəyişikliklər;
6. Qamətin, duruşun pozulması, onurğa əyrilikləri, onurğa sütünü seqmentlərində hədindən artıq hərəkətlilik ( qeyri-stabillik), yastı pəncə;
7. Xoşagəlməz ekoloji şərait;
8. Hipodinamiya, az hərəkətli həyat tərzi;
9. Ağır qaldırmaqla əlaqəli peşə, tez-tez gövdənin vəziyyətini dəyişmək (fıqlanma, əyilmə-düzəlmə hərəkətləri);
10. Ayaq üstə, oturaq, uzanaraq uzun müddət narahat pozada qaldıqda, ağırlıq qaldırdıqda, ağırlıq daşıdıqda və sairə disklərdə və bütün onurğada təzyiqi artıran işlər, hərəkətlər;
11. Həddindən artıq fiziki yüklənmə, sümük-əzələ sisteminin inkişaf patologiyaları;
12. Onurğanın həddindan artıq yüklənməsi pəncənin xəstəliklərində, eləcə də narahat ayaqqabılar, hündür daban ayaqqabıların geyinilməsi və hamiləlik ilə də əlaqəlidir;
13. Professional idmançılarda müntəzəm gedən məşqlərin birdən kəskin dayandırılması;
14. Əsəb gərginliyi, stres faktorları;
15. Siqaretçəkmək.
Osteoxondrozdan əziyyət çəkən insanlar kürək olan daimi ağrılardan, tez-tez ətraflarda keyləşmə, uyuşma hisslərindən şikayət edirlər. Vaxtında düzğün müalicə aparılmadıqda ətraflarda arıqlama, atrofiya və gücsüzlüyə gətirib çıxardır.
1. Daimi sızıldayıcı kürək ağrıları, ətraflarda uyuşma və gücsüzlük
2. Kəskin hərəkətlər etdikdə, fiziki gərginlikdə, ağırlıq qaldırdıqda, öskürdükdə və asqırma zamanı ağrılar artır
3. Hərəkət məhdudluğu, əzələlərin spazmı
Lokalizasiyasına görə osteoxondrozun 3 növü var:
1. Boyun osteoxondrozu
2. Döş fəqərələrinin osteoxondrozu
3. Bel-oma osteoxondrozu
Boyun osteoxondrozu zamanı əllərdə, çiyinlərdə, başda ağrılar, qulaqda küy, başgicəllənmə, gözün önündə qaralmalar, rəngli işıq qığılcımlrı kimi simptomlara rast gəlmək mümkündür.
Döş fəqərələrinin osteoxondrozu zamanı döş qəfəsində ağrılar, ürək nahiyəsində və digər daxili orqanlarda ağrıların olması mümkündür.
– Bel-oma fəqərələrinin osteoxondrozu zamanı bel nahiyəsində ağrılara, omaya, aşağı ətraflara bəzən isə kiçik çanağa irradiasiya edən, yayılan ağrılar ola bilir.
– Sinir köklərinin zədələnməsi ( fəqərəarası disk yırtığı (qrıja), sümük çıxıntılarınŞ osteofitlərin yaranması, spondilolistez ( fəqərə sürüşməsi), spondiloartroz): ayağa yayılan ağrılar və hissiyat pozğunluğu, hipotrofiya, hipotoniya, sinirin innervasiya etdiyi əzələlərdə zəiflik, reflekslərin enməsi əlamətləri rast gəlinir.
Osteoxondrozdan əziyyət çəkən insanın diaqnostiksı xəstə həkimə müraciət etdiyi andan başlayır.Xəstə adətən nevroloq tərəfindən müayinə edilir. Onurğa ayaq üstə, oturaq və uzanmış vəziyyətlərdə sakitlikdə və eləcə də hərəkət edərək müayinə edilir. Fəqərələrin zədələnmə səviyyəsi xususi anatomik xüsisiyyətlərlə və ya xüsusi sxemlərlə sayılaraq təyin edilir. Onurğanı müayinə edərkən xəstənin qamətinə, duruşuna fikir verilir, gövdənin quruluş xüsusiyyətlərinə, arxa çıxıntıların sırasına ( onurğanın orta yarığı), kürək sümüyünün aşağı səviyyələrinə, çanaq sümüyünün qasıq qanaqlarına, belin yan konturlarına, çiyinlərin vəziyyətinə, əzələlərin relyefinə, fəqərələrin yerləşmə ardıcıllığına diqqət yetirilir. Onurğanın palpasiyası deformasiyanın olub olmaması haqqda, lokalizasiyanı aşkar etməkdə, xəstəliyin ağırlıq dərəcəsinin təyin edilməsində əlavə məlumat verir. Onurğanı palpasiya etdikdə fəqərələrin ətrafında yerləşən əzələlərdə gərginlik, spazm qeyd edilir, ən çox travmalar və onurğanın digər zədələnmələri zamanı əzələ tonusunun yüksəlməsi müşahidə edilir.
Onurğanın görüntüləmə müayinələri arasında rentgen müayinənin, komputer tomoqrafiya və maqnit-rezonans tomoqrafiyanın xüsusi rolu vardır, beləki bu müayinələr zamanı zədələnmənin yeri aşkar edilərək, diaqnoz dəqiqləşdirilir və gizli patologiyaları aşkara çıxartmaq mümkün olur. Diaqnostik məlumatlar müalicə həkiminə düzgün müalicə metodu ilə yanaşmağa, xəstəni müalicə etməyə imkan verir.
1. Osteoxondrozun konservativ müalicəsi
Osteoxondrozun konservativ müalicəsinə müxtəlif ağrıkəsici dərmanlar, miorelaksantlar, xondroprotektorlar aid edilir.
2. Osteoxondrozun müalicəsində fizioterapiya metodları
Osteoxondrozun müalicəsində müxtəlif fizioterapiya üsullarından, elektrofarez, ulutrasəs dalğa müalicəsi, TİENS, müxtəlif vannaların qəbulu, dartma üsülları, müalicəvi bədən gimnastikası, manual terapiya və s istifadə edilir.
3. Osteoxondrozun fəsadlarının cərrahi müdaxiləsi
Fəqərəarası disk yırtıqları, fəqərə sürüşmələri, onurğanın patoloji əyrilikləri osteoxondrozun fəsadlarə kimi də meydana çıxa bilir. Bu zaman cərrahi müdaxilə ən son seçim olmalıdır.
Osteoxondrozun müalicəsi zamanı müxtəlif ağrıkəsiciqeyri-steroid iltihab əleyhinə və hormonal dərmanlardan , əzələ spazmını aradan götürən vasitələrdən, xəstənin həyat fəaliyyətini yaxşılaşdırmaq üçün müxtəlif konservaiv müalicələrdən və eləcə də fizioterapiya metodlarından istifadə edilir. Bütün bu müalicələrin məqsədi ağrını müvəqqəti də olsa kəsmək insanın həyat keyfiyyətini aşağı salan, hərəkət məhdudluğu verən ağrılardan xilas etməkdir. Nəticədə ağrı kəsilsə də onurğa zədəli olaraq qalır və vaxtaşırı simptomlar ortaya təkrar və daha ağır fəsadlarla çıxmış olur. Bir çox əzələ-oynaq xəstəliklərində istifadə edilən bərpaedici müalicə metodu proloterapiya osteoxondrozun müalicəsində də geniş istifadə edilir. Proloterapiya ilə osteoxondrozu və onun fəsadlarını- fəqərəarası disk yırtığı, protruziyası və qabarmasını, onurğa əyriliklərini,skoliozu tam müalicə etmək mümkündür.
Proloterpiya metodu ilk dəfə Amerikada yaranmışdır və tətbiq edilmişdir, bundan başqa bir çox avropa ölkələrində, Türkiyədə və artıq 5 ildir mənim tərəfimdən ölkəmizdə də müvəfəqiyyətlə tətbiq edilir.
Proloterapiya proliferasiya sözündən götürülmüşdür. Bildiyimiz kimi proliferasiya sağalmada ən önəmli prosesdir. Orqanizmin özünün sağaldıcı sistemi vardır. Yəni özü-özünü bərpa edə bilir. Necə ki yaralanan əlimiz qaysaqlanaraq sağalır.
Osteoxondroz zamanı zədələnmiş oynaqlar, disklər və bağ apparatı iynə vasitəsi ilə yeridilən proliferativ məhlul ilə bərpa edilrək gücləndirilir və tam sağalma əldə edilir. Bir çox tədqiqatlar proloterapiya müalicəsindən sonra fəqərəarası disk yırtığının ölçülərində əhəmiyyəli kiçilmələr olduğunu göstərir.
Artıq qəbul edilmişdir ki ağrıkəsici və ya hormonal dərmanlar degenerativ prosesləri artırır, zədələnməni daha da artırır. Ağrı xəstəliyin yalnız nəticəsidir, proloterapiya isə xəstəliyin səbəbini müalicə edir və elə ona görə də qalıcı nəticə verir.
Hər bir sahədə olduğu kimi proloterapiya da mütləq bir proloterapiya mütəxəsisi tərəfindən tətbiq edilməlidir. Əks təqdirdə çox ağır nəticələrlə üzləşmək mümkündür. Proloterapiya ilə osteoxondrozun müalicəsi 97% effektivdir. Lakin bu metoda düzgün xəstə seçimi ve proloterapiyanı edən həkimin bu işdə təcrübəsi və əl bacarığı böyük əhəmiyyət daşıyır.
Bəli, proloterapiya metodu cərrahi müdaxilələrə alternativ bir müalicədir. Osteoxondrozdan, fəqərəarası bel yırtıqları və protruziyalardan əziyyət çəkən millionlarla xəstələr proloterapiya ilə əməliyyata getməkdən xilas olmuşlar. Əksinə əməliyyat olunan və hələ də ağrıları keçməyən xəstələrin də köməyinə proloterapiya gəlmişdir.
Proloterapiya 3-4 həftədən bir aparılan 30-40 dəqiqəlik prosedur olub 3-8 seans aparıla bilir. Ağrısız, tamamən zərərsiz bir müaicə olub əzələ-oynaq xəstəliklərində tam, qalıcı sağalma verir.
Proloterapiya etdirmədən əməliyyat qərarı almayın!
Unutmayın kortikosteroid=degenerasiya, proloterapiya= regenerasiya
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az