Ruhel Qasımov hekimtap.az

Ruhel Qasımov

Vertebrologist

8 years of experience

Baku
Çiyin ağrıları hekimtap.az

Çiyin ağrıları

Author: Vertebroloq Ruhel Qasımov, Əlaqə: (+994) 50 863-66-88
7041

Published: 25.06.2018
Ruhel Qasımov

Çiyin ağrıları nədir?

Bel, boyun və diz ağrılarından sonra ən çox rast gəlinən oynaq ağrıları arasında çiyin yer alır. Sıxışma, fibromialgiya, duzlaşma, sinir zədələnmələri, infeksiyalar, boyun yırtığı, metobolik və daxili orqanların xəstəlikləri kimi müxtəlif səbəbləri olan çiyin ağrıları zamanı düzgün diaqnoz qoyulması çox böyük əhəmiyyət daşıyır.

Çiyin ağrısı ən çox  kimlərdə rast gəlinir?

Çiyin ağrısı ən çox qolunu işlədən insanlarda həkimə müraciətə görə birinci yerdədir.

Çiyin ağrılarının səbəbləri?

  • Rotator cuff yırığı;
  • Tendinit;
  • Bursit;
  • Oynaq kirəcləşməsi (osteoartiriit);
  • Travma nəticəsində vətər, bağların zədələnməsi;
  • Çiyin  tendonları, vətərləri ilə əlaqəli sıxışma sindromu adlanan xəstəlik (impingement sindromu- çiyinin kompressiyası  sindromu);
  • Donmuş çiyin (adheziv kapsulit);
  • Vətərlərə kirəcləşmə ilə yaranan kalsifik tendinitlər;
  • Çiyin boşalmaları və ya çiyin yarı çıxıqları;
  • Miofassiyal ağrı sindromu- çiyin ətrafı əzələlərə bağlı ağrılar;
  • Çiyin ətrafı əzələ sinir zədələnmələri.

Çiyin ağrısının simptomları

Ağrıyan qolu yuxarı qaldırdıqda sanki xəncər sancılmış kimi ağrı yaranarsa, çaynik qaldırarkən çətinlik, saç darayarkən çiyində yanma hissinin olması, gecələr yer dəyişdirərkən ağrı ilə oyanma halları çiyin əzələ yırtığı əlaməti ola bilər.

Çiyin oynağı kapsulunun donması nəticəsində: çiyin hərəkətliliyində məhdudluq əmələ gəlir. eyinmə, soyunma kimi hərəkətlərdə xəstədə çətinlik yaranır. Əlini kürəyinə çatdıra bilmir.

Çiyin ətrafı əzələ və sinirlərin zədələnmələri ilə əlsqəli də çiyin ağrılarına rast gəlmək olur və çiyində gücsüzlük, zəiflik daha çox ön planda olur.

Bəzən daxili orqanların xəstəlikləri də çiyin ağrılarına səbəb ola bilir. Öd kisəsi, ağciyər, süd vəzisi xəstəlikləri də yansıyan ağrı çəklində çiyin ağrısına səbəb ola bilir.

Çiyin ağrısının diaqnostikası

1. Anamnez
2. İnspeksiya
3. Palpasiya
4. Çiyin oynağının hərəkət bucağı
5. Nevroloji müayinə
6. Xüsusi testlər
7. Çiyin funksiyasının dəyərləndirilməsi
8. Görüntüləmə və laborator müayinələr

Çiyin ağrılarının müalicəsi

Çiyin ağrılarının müalicəsi ağrı səbəbinə görə müxtlifdir. Bunlara aşağıdakıları sadalamaq olar:

  • Konservativ müalicə
  • Fizioerapiya
  • Cərrahi müdaxilə
  • Proloterapiya

Çiyin ağrıları zamanı proloterapiya müalicəsi

Proloterapiya regenerativ, bərpaedici müalicə olub, bütün əzələ oynaq xəstəliklərində olduğu kimi çiyin ağrılarında da çox effektiv və zərərsiz metod olaraq qalır. Proloterapiya zamanı proliferativ məhlul zədələnmiş əzələ, oynaq, bağ və vətərlərə yeridilərək həmin toxumaların bərpasına yenilənməsinə və güclənmsinə kömək edir. Beləliklə çiyin ağrıların səbəblərini aradan qaldıraraq tam müalicə edir.

Proloterapiyanın bir çox üstünlükləri vardır. Proloterapiya ağrısız bir metoddur. Qısa müddətdə tətbiq edilir. Müalicədən dərhal sonra xəstə oynağını hərəkət etdirə bilir. Proloterapiya uzmanı etdikdə tamamən zərərsiz bir metoddur. Lakin təcrübəsiz hekim tərəfindən edilərsə ciddi fəsadlar yarana bilər. Qeyri cərrahi bir müalicə metodudur. Bir çox xəstələri əməliyyata getməkdən xilas etmişdir. Əməliyyat olunmuş, lakin ağrıları keçməyən xəstələrdə də tətbiq etmək mümkündür. Əzələ və oynaq apparatını gücləndirərək gələcəkdə yarana biləcək xəstəliklərin qarşısını almış olur.

Proloterapiya – iynə bıçaqdan itidir! Proloterapiya etdirmədən əməliyyat qərarı  almayın!

Çiyin ağrılarının profilaktikası

Uzun müddət qollarını yuxarıda tutan (məsələn, avtobusda gedərkən), paltar və ya pərdə asma, yüksəkdə  kimi hərəkətlər risklidir. Bu hərəkətlərdə mümkün qədər qaçının. Hər hansı bir iş görərkən ağrı yaranırsa hərəkəti dayandırın. Əgər boyun yırtığı diaqnozu qoyulubsa və ağrınız davam edirsə mütləq həkimə müraciət edin.

Ağır çanta, ağır yükləri daşıdığınızda  çiyin oynağınızı çox yükləmiş olursunuz. Bunu tez-tez etməməyə çalışın.

Uşaqlarınızın erkən yaşdan çiyin ağrıları problemləri yaşamamağını istəyirsinizsə onların məktəbdə düzgün oturması üçün müəllimlərinin kontrol etməsini rica edin və uşaqlarınıza ağır məktəb çantaları daşıtdırmayın.

Müntəzəm olaraq çiyin idmanları edin. Bu sizi çiyin ağrılarından qoruyacaqdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az  


Ruhel Qasımov

Choose time

Write you telephone number

By applying you accept

rules of service