Elfane  Suleymanova hekimtap.az

Elfane Suleymanova

Therapist, Osteopath

12 years of experience

Baku
Osteoxondroz hekimtap.az

Osteoxondroz

Author: Osteopat Elfanə Süleymanova , Əlaqə: 050 302-82-56
3297

Published: 05.02.2020
Elfane Suleymanova

Osteoxondroz nədir?

Osteoxondroz mikrozədələrlə müşayiət olunan osteoxondropatik xəstəliklər qrupuna aiddir, kliniki morfoloji cəhətdən sümüyün süngər maddəsinin aseptik nekrozu ilə gedən xroniki xəstəlikdir. Osteoxondroz zamanı fəqərəarası diskdə mikrozədələr  yaransa da fəqərəarası diskin və ya sümüyün dağılması baş vermir.

Ostexondrozun yaranması:
Osteoxondrozun yaranma mexanizmi fəqərəarası disk nahiyəsinin qeyri-rasional yüklənmə nəticəsində (uzunmüddətli məcburi vəziyyətdə olma, ağır yükqaldırma, ağır atletika və gimnastika ilə həddən artıq məşğul olmaqla) mexaniki travma almasıdır. Adətən, bu yüklənmələr onurğa sütununun hər hansı bir fəqərəsinin yerdəyişməsi və ümumilikdə, onurğa sütununun biomexanikasının pozulmasından sonra yaranır. Fəqərəarası diskin qidalanma və özünübərpa sistemi xarici travmatizasiya ilə mübarizə apara bilmir.

Osteoxondrozun əsas əlamətləri: 

Osteoxondrozun əsas əlaməti diskin hündürlüyünün rentgenoqrammada və ya MRT-də azalmasıdır. Diskin xarici qişasının kiçik zədələnmələri, daxili nüvənin xaricə çıxması isə disk yırtığına səbəb ola bilər. Beləliklə, bu yanaşmaya görə, osteoxondrozun yaranma səbəbi daha çox mexanikidir.

Osteoxondroz zamanı yaranan ağrı:

Osteoxondroz zamanı yaranan ağrı sindromu nə ilə əlaqəlidir? Sinir köklərinin zədələnmiş disk ilə sıxılmasına birmənalı yanaşmaq düzgün olmazdı. Əksər hallarda osteoxondroz zamanı yaranan ağrı sindromu  onurğa sütununun travmaya uğrayan nahiyəsinin stabilləşməsinə yönəlmiş, müdafiə xarakterli əzələ spazmı ilə əlaqəlidir. Əzələ spazmına cavab olaraq vena və limfatik damarların sıxılması baş verir, zədələnmiş nahiyədən maye axını pozulur, yumşaq toxumaların ödemi baş verir. Ödemli toxumalar sinirləri sıxaraq lokal və ya ətraflara irradiasiya edən ağrıya səbəb olur.

Osteoxondrozun ağırlaşması: 

Osteoxondrozun ağırlaşması fəqərəarası disk yırtığına çevrilə bilər. Osteoxondrozun yaranmasına səbəb olan mexaniki faktorlar onurğa sütununun yüklənmələri, davam etməkdə olan əzələ gərginləşmələri başqa nahiyədə osteoxondrozun və onun nəticəsi olan fəqərəarası disk yırtığının yaranmasına səbəb olacaq. Orqanizm vahid bir sistemdir və  orqanizmin bir nahiyəsində problem olduqda orqanizm bütövlükdə əziyyət çəkir. Əgər hər hansı bir boyun fəqərəsi nahiyəsində yerdəyişmə (travma, səmtsiz hərəkət) baş vermişsə, bədənin ümumi mərkəzi oxunu stabil saxlamaq üçün onurğa sütununda oma və bel fəqərələrinin əks tərəfə çevrilməsi baş verəcək. Orqanizmin daha az enerji itkisini və bədənin tarazlığını təmin etmək üçün baş verən bu dəyişikliklər lokal olaraq bel-oma nahiyəsinin və bel fəqərələrinin biomexanikasının pozulmasına və yüklənmənin  artmasına səbəb olur.

 Osteoxondrozun yaranma səbəbləri:

Osteoxondrozun yaranma səbəbi daxili orqanlarla da əlaqəli ola bilər: Mədə, bağırsaq, öd kisəsi, böyrəklər, yumurtalıqlar və uşaqlığın infeksion, iltihabi və ya disfunksional  xəstəlikləri zamanı bu orqanların kapsullarının lokal spazmı baş verir. Spazm nahiyəsinə orqanizmin müxtəlif regionlarından , xüsusilə də qarın boşluğu və çanağa daha yaxın olan bel-oma nahiyəsindən müxtəlif fassiya və əzələlər də qoşulur və bu fassiyaların gərginləşməsi baş verir. Belə gərginliklər bel fəqərələrinin rotasiyasına və bel ağrılarına səbəb ola bilər. Qastroenteroloji, uroloji və ginekoloji sferanın bel ağrılarında rolu mühümdür. Kişilərdə isə prostat vəzi xəstəlikləri oma nahiyəsində gərginlik və qan dövranı pozulmasına, beşinci bel (L5) və birinci oma (S1) fəqərələri zədələnməsinə səbəb ola bilər.  Boyun osteoxondrozunun yaranmasında döş qəfəsi orqanları, qabırğalar, onurğa sütununun aşağıda fəqərələri və kəllə sümüklərinin vəziyyəti də xüsusi əhəmiyyətlidir.

Osteoxondrozun müalicəsi: 

Osteoxondrozun müalicəsində kranial osteopatiya boyun ağrılarının həllində mühüm rol oynayır. Müasir tədqiqatlar kəllə sümüklərinin tikişlər vasitəsilə əlaqəli olduğunu və bunların travma və ya daxili proseslərə cavab reaksiyasını təsdiq etmişlər. Lor orqanlarının (burun cibləri, daxili qulaq sistemi), üz-çənə oynağı və udlaq-qırtlaq nahiyəsi orqanlarının istənilən infeksion-iltihabi xəstəlikləri kranial sistemə təsirsiz ötüşmür. Kəllə onurğa sütunu ilə vahid biomexaniki sistem təşkil edir. Kəllə sümüklərində yerdəyişmə ənsə sümüyünün C1 - birinci boyun fəqərəsinə qeyri-bərabər təzyiqinə səbəb olur. Yuxarı boyun fəqərələrinin yerdəyişməsi blokadaya – hərəkət məhdudluğuna səbəb olacaq, o isə öz növbəsində aşağı seqmentlərin yükünü artıracaq. Nəticədə bel və boyun fəqərələrinin travmatizasiyası və osteoxondrozun yaranması baş verir. Osteoxondrozun  müalicəsində osteopatiya prosedurlarından istifadə olunur. Osteopat həkimin məqsədi orqanizmin normadan kənara çıxdığı nahiyəni aşkarlayıb, səbəbi aradan qaldırmaqdan ibarətdir. Zərif osteopatik prosedurlarla səbəb aradan qaldırılır, biomexanika yaxşılaşdırılır, bədənin özünütənzimləmə sistemi işə salınır. Bu zaman osteopat həkim təkcə osteoxondroz və ya fəqərəarası disk yırtığını müalicə etmir, xəstənin əzələ-skelet-fassial aparatını bütövlükdə müalicə edir, digər orqanlarla əlaqəsini tənzimləyir

Osteoxondrozun profilaktikası:

Osteoxondrozun uğurlu müalicəsi üçün pasiyentin üzərinə də öhdəliklər düşür. Onurğa yüklənməsinin məhdudlaşdırılması, qida rejiminin optimal laşdırılması, əmək rejiminin balanslaşdırılması və mütəmadi olaraq idman hərəkətləri məsləhət olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az 


Elfane Suleymanova

Choose time

Write you telephone number

By applying you accept

rules of service