Elfane  Suleymanova hekimtap.az

Elfane Suleymanova

Therapist, Osteopath

12 years of experience

Baku
Miqren: səbəbləri, əlamətləri və müalicəsi hekimtap.az

Miqren: səbəbləri, əlamətləri və müalicəsi

Author: Osteopat Elfanə Süleymanova ,050 302 82 56
12433

Published: 13.05.2018
Elfane Suleymanova

Bir çox miqren ağrısı çəkən xəstə ağrılarının keçməyəcəyini və ömür boyu bu ağrıları çəkəcəyi düşüncəsini qəbul etmişdir.Çünki miqren ağrısı səbəbi ilə bir çox həkimə baş vurmuş,bir çox müayinə(MR, Tomoqrafiya, Rentgen, Qan Testi və s.) olunmuşdur, miqren ağrısı isə müxtəlif müalicələrə baxmayaraq davam edir və hər yeni müalicə xəstəni daha ümidsiz hala gətirir. Bu vəziyyətin əsl səbəbi nədir? Günümüzdə, texnologiya və tibb irəliləməsinə baxmayaraq, niyə miqren ağrısı tam olaraq müalicə edilmir? Çünki, mövcud müalicələrin böyük əksəriyyəti yalnız ağrı kəsilməsi üçün simptomatik  müalicələrdir. Bu müalicələr nəticəsində miqren ağrısı ya biraz yüngülləşir və ya bir müddət sonra davam edir, hətta daha da ağırlaşır.

Miqren nədir?

Miqren, daha çox birtərəfli və şiddətli başağrıları olub, ürəkbulanma-qusma, səsə və işığa həssaslıq əlamətləri ilə müşayiət olunan   ciddi bir xəstəlik hesab edilir. Miqren ağrısının dözülməzdir, həyat keyfiyyətini aşağı salır və ağrılar saatlar hətta günlərlə davam edə bilir . Hər 4 qadından biri miqrendən əziyyət çəkir . Bu ağrılara səbəb üçlü sinir ucluqlarının qıcıqlanması,  iltihab mediatorların qanda artması, bədənimizi idarə edən vegetativ sinir sistemindəki dəyişikliklərdir. Əsasən, boyun bölgəsində yerləşmiş olan vegetativ sinir sisteminə bağlı nasazlıqların aradan qaldırıldıqda miqren ağrılarının azalması qeyd olunmaqdadır. Buna görə miqreni meydana gətirən əsas  səbəb anadan olarkən yaşanmış boyun travması və ya sonradan qazandığımız doğru düzgün  xatırlamadığımız bir yol qəzası, yüksəkdən düşmə ya da zərbəyə bağlı bir boyun travması ola bilər. Boyun və kürək bölgəmizdəki əzələlərin qeyri-düzgün istifadəsinə  bağlı olaraq zamanla zədələnməsi  müəyyən bir müddət sonra qarşımıza başağrısı olaraq çıxmaqdadır. Miqren ağrılarını artıran və azaldan faktorlar vardır. 


Miqren ağrılarını artıran səbəblər:

Bəzi xəstələr miqren ağrısını artıran faktorları çox dəqiq saysalar da, bu hal bütün miqren xəstələrinə aid edilməyə bilər. 

Ümumi olaraq miqren ağrısını provokasiya edən səbəblər aşağıdakılardır:

 – Parlaq və parlayan işıqlar, yüksək səs  və səs-küy, dumanlı mühit;
 – Temperatur dəyişikliyi;
 – Kəskin və güclü qoxular və parfumlər;
 – Fiziki və emosional stress, gərginlik, narahatlıq, depressiya və ya aşırı həyəcan;
 – Uzun sürən uçuş səbəbindən həddindən artıq yorğunluq, məşq və aşırı yorğunluq;
 – Allergiya və allergik reaksiyalar;
 – Yuxu rejimi və nizamsız yuxu dəyişiklikləri;
 – Siqaret çəkmə və ya siqaret çəkmə mühitinə məruz qalmaq;
 – Qida rejimində dəyişikliklər, yemək yeməmək və qan şəkərinin düşməsi;
 – Dehidrasiya (həddindən artıq susuzluq);
 – Alkohol istifadəsi;
 – Menstrual tsiklin disfunksiyası, kontraseptiv dərmanların  istifadəsi ya da menapauzaya bağlı hormonal dəyişikliklər;
 – Gərginlik baş ağrısının olması;
 – Tiramin tərkibli yeməklər (pendir, qırmızı şərab, hisə verilmiş balıq, əncir, paxla, toyuq ciyəri);
 – Şokolad, fındıq / fındıq yağı, avokado, banan, soğan, sitrus meyvələri və sitrus bitkiləri, süd məhsulları;
 – Fermentli və ya turşu məhsulları və turşuları;
 – Yuxu dərmanları, kontraseptiv dərmanlar, hormonal dərmanlar ...

Miqren ağrısına səbəb olan faktorlar heç də həmişə miqrenin səbəbi deyil, miqrenə səbəb olan amillərdən qaçmaq isə miqrenin qarşısını almır. Hər kəsdə  miqren ağrısını provokasiya edən  faktorlar fərqlidir.


Miqrenin əlamətləri nələrdir?

Miqrenin əlamətləri başın bir tərəfinə: daha çox gicgah, ənsə və gözə yayılan ağrılar olub, boyun əzələlərinin spazmı və yanaşı olaraq ürəkbulanma, qusma, səsə və işığa həssaslıq aid edilə bilər. Qusmadan sonra bir çox xəstələrdə başağrılarının azalması miqrenə xarakterik göstəricidir Miqren öncəsi əlamətlər: göz önünüdə rəngli işıqlar, qara kölgə, müxtəlif qoxular, əllərdə və ya üzdə uyuşma, qarışqa gəzmə hissinin olması  "aura" adlanır və bir çox xəstə bu əlamətlər meydana gəlməyə başladığında müəyyən bir müddət sonra miqren ağrısının meydana gələcəyini deyir.Hər miqren ağrısı eyni olmasa da, miqren tipik simptomlarını aşağıdakı kimi göstərə bilərik:

– Orta və ya ağır baş ağrısı, başın bir tərəfində ağrı adətən məhduddur;
– Ağrı əsasən, nəbz atışı şəklindədi, pulsasiya edicidir;
– Fiziki fəaliyyət ağrıları kəskinləşdirir;
– Ağrı səbəbi ilə gündəlik təkrarlanan fəaliyyətlərdə çatışmazlıq və gücsüzlük gözlənir;
– İşıq və səs-küyə qarşı həssaslıq artmışdır və bu həssaslıq səssiz və qaranlıq bir otaqda uzanaraq azalır.Tipik olaraq xəstələr səssiz və qaranlıq bir otaqda uzanmaq istəyirlər;
 – Bəzi xəstələr tərləmə, temperatur dəyişikliyi, qarın ağrısı və ishal kimi əlamətlər göstərir.


Auralı miqren

Bir çox xəstə baş ağrısı başlamazdan əvvəl və ya "aura" adlı baş ağrısı zamanı bəzi xəbərdarlıq əlamətləri təsvir edir. Auralar aşağıdakılardır:

– Baş qarışdırıcı düşüncələr və təcrübələr;
– Fotoaparat  flaşı kimi parlayan qəribə işıqlanma;
– Görmə sahəsində ziqzaqvari  xətlər;
– Görmə sahəsindəki kor ləkələr və ya boş sahələr;
– Qollarla və ayaqlarda gizildəmə və iynəbatma;
– Danışıq çətinliyi;
– Boyunda, çiyinlərdə və qollarda gərginlik,sancılar;
– Xoşagəlməz, kəskin qoxu.

Miqren baş ağrısı olan bir çox insan bu simptomlar birüzə etməyə başladığında baş ağrısı başlayacağını bilirlər ...

.

Miqrenin müalicəsi

Əgər migren müalicəsində ümumiyyətlə, istifadə edilən müalicə metodlarını göstərsəydik:

1. Dərmanlar (ağrıkəsicilər, serotonin agonist, antidepresantlar və digər dərmanlar) .Dərmanlar müəyyən bir müddət təsirli ola bilər amma çoxu ciddi ağrılarda qeyri-kafi qalırlar və davamlı dərman istifadəsinin də sağlamlıq baxımından zərəri vardır. Ayrıca ağrıya təsir edən dərman dozası bir müddət sonra təsirsidir  və doza artırılmaqdadır, dərmanların özü ağrının səbəbi olmağa başlayır.

2. Botilinium toksini: Miqren botoksu kiçik iynələrlə miqren ağrı nöqtələri boyunca alın, gicgah, ənsə və boyun nahiyəsinə inyeksiya edilir. Müalicə 6 aydan bir aparılır. Effektivliyi azdır.

3. Miqren əməliyyatı: Boyun bölgəsindən başımızın yuxarısına doğru çıxan sinirlərin diseksiyonu və kəsilməsi prosesi.Əməliyatdan sonra sinir ötürülməsi kəsildiyi üçün ağrı bir müddət yox olur lakin ağrını meydana gətirən əsl səbəb ortadan qaldırılmadığı üçün ağrılar təkrar ortaya çıxmaqdadır.

Bütün bu müalicələrdən başqa istifadə üsulları da vardır. Ancaq bu müalicələr və digər bütün üsullar yalnız ağrını kəsməyə istiqamətli yanaşmalar olduğu və ağrının əsl səbəbini ortadan qaldırmadıqları üçün müəyyən bir müddət təsirli olmaqda, qalıcı bir nəticə meydana gətirə bilməməkdədirlər.

4.Boyun və kürək nahiyəsinə təyin olunan proloterapiya iynələr vasitəsilə  bu nahiyələrdəki əzələ və bağ gərginliklərini azaldaraq vegetativ sinir sisteminə təsir edərək bu təsiri ortadan qaldırır. Beləcə miqren ağrısı və digər əlamətləri (işıq qığılcımları, bulanıq görmə, ürəkbulanma, qusma) tam aradan qalxır.Müalicə effekti 90%dir, təsir müddəti uzunmüddətlidir.

 

Yaxşı, cəmiyyətin əhəmiyyətli bir hissəsini ciddi bir şəkildə təsir edən miqren ağrısının gerçək və qalıcı müalicəsi mümkün müdir?

Miqren müalicəsində "Osteopatiya",  miqren ağrısının səbəbini ortadan qaldıraraq müalicə edən və qalıcı nəticə ala biləcəyiniz bir müalicə üsuludur ...

Həyatımızı əhəmiyyətli dərəcədə təsir edən miqren ağrılarının müalicəsi mümkündür.Bunun üçün əvvəlcə xəstənin anamnezii yaxşı bir şəkildə araşdırılmalıdır. Bəlkə də illər əvvəl keçirilən bir yol qəzası, ya da boyuna alınan zərbə ya da xəstənin davamlı olaraq kondisionerə məruz qalması miqren hücumlarına səbəb olmaqdadır. Bunun yanında ediləcək fiziki müayinə ilə birlikdə adamın kürək və boyun əzələləri ilə boyun oynaqları və bağlarındaki gərginlik təsbit edilərək buna istiqamətli müalicə tətbiq olunur. Boyun bölgəsinə tətbiq olunan osteopatiya ilə birlikdə miqren ağrısı böyük nisbətdə bir neçə seansda keçməkdədir.

Osteopatiya ilə boyun və kürək bölgəsindəki qeyri-sabitlik, oynaq və bağlardaki disfunksiya müalicə edildiyi üçün miqren ağrısının əsl səbəbi ortadan qaldırılmış olur. Beləcə xəstələrdə uzunmüddətli müalicə əldə edilir.İlk seansdan sonra belə xəstələr ağrılarının yüngülləşdiyini, miqren hücumlarının müddəti və sıxlığının azaldığını qeyd  deyirlər. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az 

 


Elfane Suleymanova

Choose time

Write you telephone number

By applying you accept

rules of service