1997-2003-cü illərdə Azərbaycan Tibb Universitetində müalicə-profilaktika ixtisası üzrə təhsil alıb.
2003-2004-cü illərdə Kazan Dövlət Tibb Akademiyasında Cərrahiyyə ixtisası üzrə internatura keçib.
2004-2006-cı illərdə Cərrahiyyə ixtisası üzrə kliniki ordinaturanı bitirib.
2007-ci ildə Tibb Elmləri Namizədliyini müdafiə edib.
2007-ci ildə Kazan Dövlət Tibb Akademiyasının diplomdan sonrakı təhsil Endoskopik Cərrahiyyə və Ginekologiya ixtisasına yiyələnib.
2009-2010-cu illərdə Türkiyənin Ankara şəhərində Endoskopik ginekologiya üzrə kurs keçib.
2003-2009-cu illərdə Rusiya Federasiyası Naberejnı Çelna şəhəri ,Təcili Tibbi yardım xəstəxanasında ümumi cərrah kimi fəaliyyət göstərib.
2007-2009-cu illərdə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında həkim cərrah kimi fəaliyyət göstərib.
2011-2013-cü illərdə Turan Tibb Mərkəzində cərrah kimi fəaliyyət göstərib.
2013-2014-cü illərdə MedEra Hospitalda cərrah kimi fəaliyyət göstərib.
2014-cü ildən Baku Medical Plazada cərrah kimi fəaliyyət göstərir.