1973-1979-cu illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-işi fakultəsində təhsil alıb.
1988-ci ildə Ukraynanın Kiyev şəhərində qastroenterologiya ixtisasına yiyənlənib.
2001-ci ildən Ali dərəcəli terapevt-qastroenteroloq kimi fəaliyyət göstərir.
Dəfələrlə müxtəlif elmi-praktik konfranslarda iştirak etmiş, təkmilləşdirmə kursları keçmişdir. Bu illər ərzində həm xəstəxana, həm də poliklinika şəraitində çox saylı xəstələrin uğurlu müalicəsinə imza atmışdır.
– Xroniki eroziv qastroduodenit;
– Xora xəstəliyi; mədə xorası; on iki barmaq bağırsağın xorası;
– Xroniki kolit, xroniki qəbizlik;
– Xroniki ishal;
– Xroniki enterokolit;
– Yemək borusu xəstəlikləri;
– Xroniki pankreatit;
– Xroniki xolesistitlər;
– Xroniki hepatitlər;
– Parazitlər: Lyamblya, askarid, amöb, bizquyruq onların fəsadları və müalicəsi.
1979-2011-ci illərdə Sumqayıtda 1 nömrəli şəhər xəstəxanasında həkim-terapevt, qastroenteroloq kimi fəaliyyət göstərib.
2011-ci ildən Sumqayıt şəhərində “Loğman – 87” həmin ixtisas üzrə işləyir.