Ulvi  Ibrahimov hekimtap.az

Ulvi Ibrahimov

Gastroenterologist

14 years of experience

Baku
Reflüks xəstəliyi - yaranma səbəbləri, müayinə və müalicəsi
 hekimtap.az

Reflüks xəstəliyi - yaranma səbəbləri, müayinə və müalicəsi

Author: Qastroenteroloq-hepatoloq Ülvi İbrahimov
31138

Published: 16.10.2018
Ulvi Ibrahimov

Reflüks xəstəliyi - yaranma səbəbləri, müayinə və müalicəsi

Mədə möhtəviyyatının qida borusuna geri atılması və onu zədələməsi reflüks xəstəliyi adlandırılır.
Reflüks xəstəliyi tez-tez rast gəlinən  xəstəliklərdən sayılır.

Reflüks zamanı mədədəki maddələr qida borusuna atılır, bu isə normal deyil, belə ki, qida borusu, qidanın geriyə deyil, mədəyə daxil etmək funksiyasını daşıyan orqandır. 

Özü-özlüyündə qastroezofageal reflüks patoloji proses deyil. Sağlam adamda reflüks gün ərzində bir neçə dəfə rast gəlinə bilər  (məsələn, yağlı yeməkdən sonra). Yəni, günə bir-iki reflüks normal sayılır. Lakin reflüks müntəzəm olaraq özünü göstərirsə və bu, mədədəki maddələrin çoxlu miqdarda xaric olunması ilə müşayiət olunursa, artıq söhbət ciddi patologiyadan gedir. Belə əlamətlər qida borusu iltihabına və bir sıra başqa simptomlara gətirib çıxara bilər. 

Reflüks daha çox yaşlı insanlara aid xəstəlikdir, kişilərdə qadınlara nisbətən 2 dəfə çox rast gəlinir.

Reflüks xəstəliyi - risk faktorları

Reflüks xəstəliyinin yaranmasına bir sıra faktorlar səbəb ola bilər.

Buraya aiddir:

  • Mədənin xora xəstəliyi və ya qastrit;
  • Diafraqmanın qida borusu hissəsinin yırtığı;
  • Aşağı qida borusu sfinkterinin tonusunu aşağı salan preparatların qəbulu.

Bundan başqa, aşağıdakıların yan təsirləri də reflüks xəstəliyinə təkan verə bilər:

  • Tütün istifadəsi;
  • Hamiləlik;
  • İnfeksion xəstəliklər;
  • Mədə şişləri;
  • Xroniki pankreatit və ya xolesistit;
  • Spirtli içkilər və s. 

Patologiyanı necə ayırd etməli

Reflüks xəstəliyinin əsas əlaməti qıcqırmadır. Bu, pasiyentlərin təqribən 80%-də rast gəlinir. Xəstəlik tez-tez gəyirmə (bəzən turş və ya acı tamlı), bəzən isə sinədə ağrı ilə (əsasən də qida qəbulundan sonra), gecələr çox miqdarda tüpürcək ifrazı ilə özünü göstərir. 

Reflüksun diaqnostikası bu cür aparılır

Reflüks xəstəliyinə şübhə yaranarsa, xəstəliyin ağırlıq dərəcəsini müəyyənləşdirmək məqsədilə bir sıra diaqnostik prosedurların həyata keçirilməsi vacibdir. Əsas prosedur - qida borusu səthinin və mədənin endoskop vasitəsilə müayinəsidir. Həmçinin, rentgenoloji müayinə, mədə daxili maddələrin turşuluğunun müəyyənləşdirilməsi, manometriya, billimetriya, stintiqrafiya və s. tətbiq oluna bilər. 

Xəstəliyinin müalicə üsulları hansılardır?

Reflüks xəstəliyi əksər hallarda konservativ metodlarla müalicə edilir. Konservativ müalicə üsulları iki qrupa ayrılır - medikamentoz və qeyri-medikamentoz.

Medikamentoz müalicə

Reflüks xəstəliyinin müalicəsi əsasən, aşağıdakı preparatlarla aparılır:

  • Prokinetiklər,
  • Antasidlər,
  • Proton nasosu inhibitorları,
  • Histamin reseptorları blokatorları və xolinoblokatorlar.  

Qeyri-medikamentoz müalicə

Reflüks xəstəliyini yalnız  dərman preparatları ilə müalicə etmək mümkün deyil. Qeyri-medikamentoz müalicə metodlarına pəhriz saxlama, həyat tərzi və qida vərdişlərinin dəyişdirilməsi də aiddir. 

Reflükslə bağlı simptomların xoşagəlməz simptomlarını aradan qaldırmaq üçün rasiondan bir sıra məhsulların çıxarılması tövsiyə edilir.

Buraya daxildir:

  • qazlı içkilər,
  • kəskin dadlı qidalar,
  • kofe,
  • kakao,
  • alkohol,
  • yağlı və qızardılmış qidalar,
  • ədvalar,
  • çox soyuq və ya çox isti qidalar,
  • göbələklər,
  • paxlalılar.

Bunlardan başqa, artıq çəkinin və stress vəziyyətlərinin azaldılması da vacib tədbirlərdən sayılır. Ağır hallarda reflüks xəstəliyi cərrahi üsulla aradan qaldırılır.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az 


Ulvi Ibrahimov

Choose time

Write you telephone number

By applying you accept

rules of service