Gunel  Bayramli hekimtap.az

Gunel Bayramli,Op.

Plastic surgeon

Operator

Baku
Lipofilinq (Yağ inyeksiyası) hekimtap.az

Lipofilinq (Yağ inyeksiyası)

Author: Plastik cərrah Op. Dr. Günel Bayramlı 055 225-57-77
6074

Published: 10.04.2018
Gunel Bayramli

Lipofilinq nədir?

Lipofilinq bədəndən piylərin çıxarılıb başqa nahiyəyə transplantasiya edilməsi, köçürülməsidir. Bu, cərrahi əməliyyat olub, əməliyyatxanada tam steril şəkildə icra olunur. Lipofilinq yaşla və ya digər səbəblərlə bağlı üz və bədəndə yaranmış qüsurları aradan qaldırmaq üçün uğurla istifadə edilir.  

Lipofilinq əməliyyatı nə zaman tətbiq olunur?

Məsələn, əgər süd vəzi nahiyəsində sallanmalar, büzüşmələr varsa və pasiyent onun ölçülərini böyütmək istəyirsə, burada lipofilinq istifadə oluna bilər. Yəni bu zaman qarın və ya bud nahiyəsindən piylər çıxarılıb, sinə nahiyəsinə vurulur - nəticədə sinənin həcmi bir ölçü böyüdülə bilir.

Yaşlanma ilə bağlı üzdə olan çökmələr, deformasiya sahələri, məsələn, qaşın üstündə və ya çənə nahiyəsində olan çökmə zamanı lipofilinqdən istifadə etmək olar.

Düzdür, bu nahiyələri düzəltmək üçün gellər də mövcuddur, lakin onların çatışmayan cəhəti odur ki, bir ildən sonra sovrulur, sonda həmin gelləri yenidən bədənə vurmaq lazım gəlir. Bu da maddi cəhətdən əlverişsizdir.

Lakin lipofilinq zamanı vurulan piyin 50%-i sovrulsa da, qalan 50%-i ömürlük pasiyentin orqanizmində qalır. Yəni ikinci əməliytyatdan sonra 100%-lik nəticəni rahatlıqla almaq olur. Ümumiyyətlə, lipofilinq əməliyyatını 2-3 dəfə təkrarlamaq mümkündür. Məsələn, üz və ya yanaq nahiyəsini böyütmək lazımdırsa,  lipofilinq əməliyyatını bir neçə dəfə təkrarlamaqla istədiyimiz nəticəni əldə edirik.

Eyni zamanda, ayaqda əyriliklər varsa, bu əyrilikləri düzəltmək üçün və ya bilək nahiyyəsi həddindən artıq incədirsə, onu qalınlaşdırmaq üçün də lipofilinqdən istifadə olunur. Bəli, ayaq nahiyəsindəki əyrilikləri silikonla da korreksiya etmək mümkündür, lakin piyin üstünlüyü odur ki, o, orqanizm üçün yad maddə deyil, heç zaman infeksiyalaşmır, bədən onu özündən itələmir, tam olaraq yeridilmiş nahiyəyə bitişərək orqanizmin bir hissəsinə çevrilir.

Lipofilinq Vaser üsulu ilə çıxarılmış piylərin tətbiqində daha yaxşı nəticə göstərir. Lipofilinqi digər liposaksiya üsullarından istifadə edərək də tətbiq etmək mümkündür. Lakin bu zaman çıxarılan piylər çox travmaya uğradığı üçün onların qalma faizi aşağı düşür (20-30%).

Veyzer üsulunda isə piylər zərər görmədən  çıxarıldığından onların yaşama qabiliyyəti daha çoxdur və bu piyləri lipofilinqlə bədənə yeritdikdən sonra minimum 50% nəticə almaq olur, təcrübədə hətta, 80%-dək göstəricilərə də rast gəlinib.

Lipofilinqdən popo nahiyəsindəki estetik qüsurları aradan qaldırmaq üçün də uğurla istifadə olunur.

Lipofilinq əməliyyatından öncə həkim konsultasiyası

Lipofilinq əməliyyatından əvvəl həkim konsultasiyası çox vacibdir. Belə ki, mütəxəssis pasiyenti dinlədikdən sonra lipofilinq əməliyyatının imkanlarını dəyərləndirir və müdaxilənin nə dərəcədə effektli olacağı barədə məlumat verir. Konsultasiya zamanı sağlamlığınızda olan problemləri də cərraha bildirmək lazımdır. Bəzən daha effektli nəticə almaq üçün başqa müdaxilələr də təklif oluna bilər.  

Lipofilinq əməliyyatına göstərişlər:

 – Üzdə qırış və qatların hamarlandırılması;

 – Yanaq və ya çənədə korreksiyanın aparılması;

 – Əl və ayaq quruluşunda korreksiyanın aparılması;

 – Sinənin quruluşunun dəyişdirilməsi;

 – Nazik dodaqların həcminin artırılması;

 – Popo nahiyəsində korreksiyanın aparılması.

Lipofilinq əməliyyatı 18 yaşdan yuxarı pasiyentlərə göstərişdir.

Bütün digər əməliyyatlarda olduğu kimi, lipofilinq əməliyyatına da əks-göstərişlər var:

 – Daxili orqanların patologiya və xəstəlikləri;

 – Şəkərli diabet;

 – Damar xəstəlikləri, xüsusən ateroskleroz;

 – Müxtəlif mənşəli infeksion xəstəliklər;

 – Onkoloji xəstəliklər;

 – Qan laxtalanması pozuntuları.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.


Gunel Bayramli,Op.

Choose time

Write you telephone number

By applying you accept

rules of service