Gunel  Bayramli hekimtap.az

Gunel Bayramli,Op.

Plastic surgeon

Operator

Baku
Bud nahiyəsinin plastikası hekimtap.az

Bud nahiyəsinin plastikası

Author: Plastik cərrah Op. Dr. Günel Bayramlı 055 225-57-77
2808

Published: 12.06.2018
Gunel Bayramli

Bud nahiyəsinin plastikası nədir?

Bəzən ayaqlarda olan çatışmazlıqları münasib paltar seçməklə aradan qaldırmaq olur. Lakin bu cür estetik qüsur çimərliyə və ya hovuza gedərkən istər-istəməz psixoloji diskomfort yaradır. Bu baxımdna bud nahiyəsi də istisna deyil. Yaş artıqca, insan çox arıqladıqda və ya orqanizmdə hormonal dəyişikliklər baş verdikdə ayaqların yuxarı nahiyələri iri həcmli və kələkötür olur, sallaq dəri isə çox qeyri-estetik görünür.

Diyeta, fiziki yükləmələr və apparat kosmetologiyası işə yaramadıqda, plastik cərrahiyyə köməyə çatır.

Bud nahiyəsi əməliyyatını  18 yaşını tamamlamış hər xanımda icraetmək olar.  Amma əgər çəki itirməyiniz davam edirsə, o zaman ideal kilonuza çatdıqdan sonra əməliyyatın icra olunması nəticəni daha da mükəmməl edəcəkdir.  

Bud nahiyəsi plastikası – əvvəlki və sonrakı mənzərə

Müayinə zamanı budun iç səthinin probleminin dəri və ya piylə əlaqədar olduğu müəyyənləşdirilir. Əgər problem yağların miqdarının artıq olmasına bağlıdırsa, liposaksiya əməliyyatı məsləhət görülür, əgər problem artıq dəridirsə, o zaman artıq dərinin kəsilib çıxarılması - bud gərmə əməliyyatının icrası daha düzgündür.

Əməliyyatın məqsədi budun iç səthində toplanmış artıq yağ və dərini kənarlaşdıraraq daha sıx, daha incə və daha gözəl bud konturu əldə etməkdir.

Əməliyyat pasientin tam yatdığı ümumi anesteziya altında həyata keçirilir və təqribən 2 saat davam edir. Bu zaman budun iç səthi ilə genital nahiyə arasında, təbii büküş nahiyəsində çəp istiqamətdə kəsik aparılır. Bu kəsik budun iç səthində olan artıq dərini yığmağa xidmət edir.

Eyni zamanda budun ön və bayır səthində, dizin iç səthində artıq yağlar varsa, bunların da liposaksiya ilə çıxarılması mümkündür. Əməliyyatın sonunda sizə yara yerini fiksasiya etmək məqsədi ilə korset geyindirilir.

Ayaqların daha gözəl şəkil alması üçün bu korsetin 1 ay taxılması vacibdir. 1 gün xəstəxanada qalıb, ertəsi gün rahatlıqla evə gedə bilərsiniz.  7-10 gün ayaqlarınızda gərginlik və həssaslıq olacaqdır. 10 gün sonra iş həyatınıza geri dönə bilərsiniz.

Bud nahiyəsi plastikası – göstərişlər

 – Dəri sallanması, elastikliyin itirilməsi, “batıqların” əmələ gəlməsi;
 – Diyeta, kosmetoloji prosedurlar və ya fiziki hərəkətlərlə aradan qaldırılması mümkün olmayan piy “cibcikləri”, “qalife”, budlarda “qulaqclar”;
 – Budların iç nahiyəsində artıq dəri və piy toxuması səbəbindən sürtünmə və diskomfort hissi.

Bud nahiyəsi plastikası – əks-göstərişlər

 – Ürək-damar sistemi xəstəlikləri;
 – Onkoloji xəstəliklər;
 – Qalxanabənzər vəzi və daxili orqanların xəstəlikləri;
 – Kəskin infeksion xəstəliklər;
 – Qan laxtalanmasına təsir göstərən xəstəliklər;
 – Bir və ya hər iki ayaqda qan damarlarının iltihabı;
 – Hamiləlik.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az  


Gunel Bayramli,Op.

Choose time

Write you telephone number

By applying you accept

rules of service