Gunel  Bayramli hekimtap.az

Gunel Bayramli,Op.

Plastic surgeon

Operator

Baku
Alt və üst göz qapaqlarının estetikası (Blefaroplastika) hekimtap.az

Alt və üst göz qapaqlarının estetikası (Blefaroplastika)

Author: Plastik cərrah Op. Dr. Günel Bayramlı 055 225-57-77
4769

Published: 07.06.2018
Gunel Bayramli

Alt və üst göz qapaqlarının estetikası nədir?

Bəli, yaşa dolduqca, istər-istəməz simamızda keçən illərin izləri qalır. Bunlar özünü qırışlar, sallaq dəri və s. cür göstərir.  Ötən məqalələrimdə ayrı-ayrı plastik cərrahiyyə üsulları haqda sizlərə geniş məlumat vermişdim. Budəfəki mövzumuz “alt və üst göz qapaqlarının estetikası”, başqa sözlə, “Blefaroplastikadır”.

Blefaroplastika gözləri gəncləşdirən, onlara uzun müddətlik sağlam və mənalı ifadə verən cərrahi müdaxilədir. Alt və üst göz qapaqlarının estetikası dedikdə, göz qapaqlarının alt və üst nahiyələrində artıq dəri və piy toxumalarının kənarlaşdırılması nəzərdə tutulur.

Blefaroplastika altda yerləşən yağ toxuması ilə bərabər alt və üst göz qapağının hər ikisindən artıq dərinin çıxarıldığı bir cərrahi müdaxilədir. Bu cərrahi üsul sallanmış və bollaşmış göz ətrafı dərini yaxşılaşdırır. Amma göz ətrafinda yaranan qaz ayağı qırışlarını götürməz, göz altında olan qara kölgəni ağartmaz, düşmüş qaşı qaldırmaz.

Göz qapağı estetik əməliyyatı ilə bərabər bunların da düzəlməsini istiyirsinizsə, o zaman sizə əlavə müdaxilələr də təklif olunacaq. Göz qapağı cərrahiyyəsi qocalmanı dayandırmasa da, göz ətrafındakı nahiyənin sallanmış və yorğun görüntüsünü azaldır. Göz qapağı əməliyyatından əvvəl qaşın vəziyyəti dəyərləndirilməlidir. Ehtiyac yaranarsa, eyni vaxtda qaş qaldırma və alın gərmə əməliyyatı da icra oluna bilər. Bunlar konsultasiya zamanı pasiyentlə ətraflı müzakirə edilir.

Blefaroplastika əməliyyatından əvvəlki mənzərə

Alt və üst göz qapağı əməliyyatı həm ayrı-ayrılıqda, həm də hər  ikisi eyni vaxtda icra oluna bilər. Burada həm yerli, həm də ümumi anesteziya tətbiq edilə bilər.

Əməliyyatdan öncə ətraflı anamnez toplanır, səhhətinizin vəziyyətini dəqiqləşdirmək üçün bəzi müayinələr tələb olunur. Əvvəllər keçirdiyiniz ağır xəstəliklər barəsində, habelə, daimi qəbul etdiyiniz dərmanlar haqqında həkimə mütləq məlumat verməlisiniz. Əməliyyat təqribən 1.5 saat davam edir.

Blefaroplastika əməliyyatından sonrakı mənzərə

Əməliyyatdan sonra alt və üst göz qapaqlarınızda sarğı olacaq, lakin sarğılar görmənizə heç bir maneçilik törətməyəcək. Sarğılar 2 gün sonra açılır, daha iki gün sonra artıq yaranın yerinə su dəyə bilər.

Göz ətrafındakı şişlər 2 gün müddətində artsa da,3-cü gündən etibarən sürətlə çəkilməyə başlayacaq. 1həftə -10 gündən sonra şişlər sizi narahat etməyəcək.

Əməliyyatın nəticələri sizi çox gözlətməyəcək. Belə ki, 70% nəticə 1 ay sonra, tam nəticə isə 6 aydan sonra özünü göstərəcək.

Əməliyyatdan sonra ilk günlər yaranacaq ağrı və diskomfort hissləri yüngül ağrıkəsicilərin köməyi ilə aradan qaldırılacaq.

5-6 gün sonra makiyajdan istifadə etmək olar. Əməliyyatdan sonra 1 ay müddətində ağır idman hərəkətləri etmək, sauna və solyariyə getmək olmaz.

1 ay müddətində səhər yuxusundan sonra gözlərdə şişkinlik müşahidə olunsa da, bu vəziyyət gün ərzində aradan qalxacaq. Əməliyyat izləri xüsusi vasitələrlə gizlədilir, 1 ilin tamamında isə tamamilə itir.  

Blefaroplastika əməliyyatına göstərişlər

 – Yuxarı və aşağı göz qapaqlarında dəri artıqlığı (sallaqlığı);
 – Aşağı göz qapaqları nahiyəsində qırışlar;
 – Gözlərin aşağı künclərinin enməsi;
 – Aşağı göz qapaqları nahiyəsində və göz künclərində dərin qatlar;
 – Göz forması və ya kəsiyinin dəyişdirilməsi.

Blefaroplastika əməliyyatına əks-göstərişlər

 – Arterial və ya gözdaxili təzyiqin yuxarı olması;
 – Gözlərdə quruluq;
 – Qalxanabənzər vəzi xəstəlikləri;
 – Ürək-damar sistemi xəstəlikləri, daxili orqanların ağır xəstəlikləri;
 – Şəkərli diabet;
 – Onkoloji xəstəliklər;
 – Qan laxtalanması pozuntusu.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az


Gunel Bayramli,Op.

Choose time

Write you telephone number

By applying you accept

rules of service