1980-1986-cı illərdə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsində təhsil alıb.
1986-1987-ci illərdə 5 saylı Klinik Xəstəxanada internatura keçib.
2001-ci ildə “Fizioterapiya” üzrə təkmilləşmə kursu keçib.
2006-cı ildə “Fizioterapiya və Kurortologiya” kursu üzrə təkmilləşmə keçib.
“Müasir fizioterapevtik aparatlardan istifadə” və “Vertebroloji xəstəliklərin fizioterapevtik müalicəsi” kimi mövzularda ixtisas artırma kursları keçib.
1988-2006-cı illərdə 24 saylı Tibbi Sanitar Hissədə fizioterapevt işləyib.
2006-2007-ci illərdə “Sevinc” tibb mərkəzində fizioterapevt işləyib.
2008-2012-ci illərdə “Neuro Spine” klinikasında fizioterapevt kimi işləyib.
2012-2014-cü illərdə “Təbriz Mehr” klinikasında fizioterapevt işləyib.
2014-cü ildən etibarən Premium klinikasında fizioterapevt işləyir.