Altay  Ceferov hekimtap.az

Altay Ceferov,PhD

Orthopedist-traumatologist

Tibb elmləri namizədi

30 years of experience

Baku
Diz oynağında ağrılar
 hekimtap.az

Diz oynağında ağrılar

Author: T.E.N. Ortoped-travmatoloq Altay Cəfərov, (+994) 50 213-90-98
2485

Published: 20.04.2020
Altay Ceferov

 

Diz oynağı insan orqanizmində olan ən böyük oynaqdır. Formaca  blokvari olub quruluşca mürəkkəb oynaqdır. Bu oynaqda bükmə/açma və rotasion(fırlanma) hərəkətləri mümkündür .Diz oynağı hər gün çoxsaylı yüklənmələrə məruz qalır. Bu yüklənmələr zaman keçdikcə diz oynağının aşılanmasına, yeyilməsinə-tibbi dildə degenerativ dəyişikliyə  gətirib çıxarır. Həmçinin diz oynağının travmalara çox həssas olmasını nəzərə alsaq, bu oynaqda ağrıların tez-tez olması təəccüblü deyil.

 

Diz oynağında olan ağrıların səbəbləri:

Diz oynağında olan ağrıların səbəbləri çoxsaylıdır. Bununla belə, bu səbələri iki əsas qrupa ayırmaq olar-posttravmatik ağrılar və degenerativ dəyişikliklər nəticəsində yaranan ağrılar

Diz oynağının travması  çox vaxt fiziki aktiv cavan şəxslərdə, əsasən idman məşqləri zamanı əmələ gəlir. Menisk zədələnmələri, ön çarpaz bağ zədələnmələri, diz oynağını əmələ gətirən qığırdaqların zədələnməsi postravmatik ağrıların əsas səbəbləridir

 Degenerativ dəyişikliklər  yaşlı və ahıl şəxslər üçün xarakterikdir. Lakin cavan insanlarda anandangəlmə inkişaf anomaliyaları olduğu kimi yaşlı şəxslərdə də yumşaq toxuma strukturlarının travmatik zədələnmələri baş verə bilər. 

İltihabi proseslər Diz oyağının sümük-qığırdaq və yumşaq toxuma strukturlarının septiki və aseptik iltihabı nəticsində yaranan patoloji halların əmələ gətirdiyi ağrılar. Müxtəlif etiologiyalı artritlər, bursit, tendinin, sinovit,  osteomielit diz oynağında ağrılara səbəb olan patoloji vəziyyətlərdir. 

 
Diz oynağında olan ağrıların növləri:

Diz oynağında ağrı kəskin başlaya  və ya xronik xarakter ala bilər:

  • Kəskin ağrı yüksək intensivliklə xarakterizə olunur və adətən travmadan sonra qəfil başlayır. 
  • Xronik ağrı tədricən əmələ gəlir. Əvvəlcə diskomfort hissi kimi özünü büruzə verir. Zaman keçdikcə intensiviyi artır. 
  • Ağrıların xarakteri dəyişkən olur: dartıcı ağrılar, batıcı ağrılar,gərilmə hissi,tutma şəkilli ağrılar və ya küt sızıldayan ağrılar- bu ağrı şikayətlərinin yalnız kiçik bir hissəsidir. 
  • Ağrılar fiziki yüklənmədən sonra əmələ gələ bilər(qaçış, pilləkən qalxma)
  • Uzunmüddətli oturma və istirahətdən sonra
  • Axşamlar və səhərlər .

 Ağrıların lokalizasiyası:

  • Diz oynağının iç yarısında olan ağrılar medial meniskin, medial kollateral bağın zədələnməsi zamanı, və dizin O-vari deformasiyaları zamanı əmələ gəlir.
  • Diz oynağının bayır  yarısında olan ağrılar lateral  kollateral bağın, lateral meniskin zədələnməsi zamanı və dizin X-vari deformasiyaları zamanı əmələ gəlir.
  • Ön səthdə olan ağrılar patello-femoral sindrom, Ostqut-Şlatter xəstəliyi və diz qapağı zirvəsi sindromu üçün xarakterikdir.
  • Diz oynağının arxa səthində olan ağrılar Beyker kistası lehinə xarakterik qəbul olunur. 

 

Diaqnostika: 

Diaqnozun qoyulması üçün  xəstə vaxtında mütəxəssis həkimə müraciət etməlidir. İlkin etapda  həkim tərəfindən klinik müayinə aparılırdir. Ətraflı anamnez toplanılır, fiziki müayinədən keçirir,  lazımi müayinələr təyin ounur. İnstrumental müayinələrdən rentgenoqrafiya, ultrasəs müayinəsi, diz oynağının MRT müayinəsi mühüm diaqnostik əhəmiyyət kəsb edir. Laborator müayinələr diz oynağında əksər xəstəliklərin dəqiqləşmiş diaqnozunun qoyulmasında yardımçı olur


Diz oynağı ağrılarının müalicəsi:

Diz oynağının ağrılarının müalicə taktikası ağrının səbəindən asılıdır. Müalicə konservati və ya operativ olmaqla aparılır. Konservativ müalicə metodlarına aiddir:

  • Qeyri-steroid iltihab əleyhinə preparatlar-QSİƏP, ağrıkəsici tablet və məlhəm və gellər.
  • İsti və ya soyuğun yerli terapiyası 
  • Ortez istifadəsi (içliklər, ortezlər, bandajlar, ortopedik ayaqqabı)
  • Fizioterapiya
  • Müalicəvi idman hərəkətləri
  • Balneoloji terapiya
  • Oynaqdaxili steroid inyeksiyalar 

Konservativ müalicənin effektiv olmadığı hallarda cərrahi müalicə tətbiq edilir. Müasir ortopedik cərrahiyyədə diz oynağının əksər əməliyyatları artroskopik olaraq həyata keçirilir. 

Minimal invaziv metod olan artroskopiyanın tətbiqi ənənəvi açıq əməliyyatlardan fərqli olaraq əməliyyatdan sonrakı reabilitasiya prosesini sürətləndirir, ağırlaşma faizini nəzərə çarpan dərəcədə aşağı salır, kosmetik olaraq daha az travmatik hesab olunur. Ağır və böyük dərəcəli artrozlarda vacib və əvəzedilməz cərrahiyə metodu oynag artroplastikasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az 


Altay Ceferov,PhD

Choose time

Write you telephone number

By applying you accept

rules of service