Heyran Shirinova

Ophthalmologist

26 years of experience

Baku
Uşaqlarda göz müayinəsi hekimtap.az

Uşaqlarda göz müayinəsi

Author: Oftalmoloq 077 398 00 55
3175

Published: 22.07.2019
Heyran Shirinova

 Pediatrik göz  müayinəsi  nədir?

Uşaq gözü böyüyən dinamik  bir gözdür və bir çox  yöndən yetişkin  insanın  gözündən fərqlənir. Mərkəzi sinir sistemi (MSS) inkişaf dönəmindədir  ve  bu  inkişafı əngəlləyəcək  faktorlara qarşı həssasdır.

 Usaqlarda zəif  görmənin sebebləri nələrdir?

Çox  kiçik  okulyar anomaliyalar görmə  sisteminə təsir  edib,ambilopiyaya səbəb  ola   bilər . Gözün  inkişafı   bir çox  orqanların  inkişafı haqqında  məlumat   verir, beləki  pediatrik gözün dəyərləndirilməsi  bir çox  sistemik ve genetik  xəstəliklərin  xəbərçisi ola bilər.

 Uşaqlarda göz  müayinəsinin profilaktikası:

Doğum  anında  edilən  göz  müayinəsi  böyüklərdən  fərqli olaraq xarici  göz  müayinəsi  anadangəlmə  anomaliyaların ortaya çıxarılmasında böyük  rol oynayır. Bu göz  müayinəsi  üçün  işıq  mənbəyi  ve  görüntünü  böyütmək  üçün istifadə edilən  linzalar kifayət edir . Bu zaman göz  almasının  ölçüsü , simmetriyası , qapaqların  pozisiyası, korneanın horizontal ölçüsü , parlaqlığı , ön  kamera dərinliyi  iris dəyərləndirilir . Və mütləqdir  ki oftalmoskopik  baxış  həyata  keçirilir. Yarımcıq  doğulmuşlarda-  ROP müayinə dediyimiz  göz  müayinəsi  edilməlidir ki bu da    Prematur retinopatiyasi  riski daşıyan uşağın  doğumunun 4-cü həftəsində  həyata  keçirilir .Məqsəd  kornea, vitreus  ve fundusdakı  baş  verə  biləcək  problemləri erkən dönəmdə  aşkarlayıb  lazımi  tədbir görməkdir. Üç yaşında  bir usağın görmə  funksiyalarını dəyərləndirmək  üçün obyekti izləmə əhəmiyyətli  cavab verə  bilər.   Esas müayinə  olunacaq xüsus  binokulyar görmə və  konvergensiya  refleksidir. Tam göz müayinəsi  isə  yaşa uyğun  olaraq tam oftalmik müayinədir. 6-7 yaşında müayinə  standart Snelln cədvəli  ile tam  göz  müayinəsi  hesab olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az    


Heyran Shirinova

Choose time

Write you telephone number

By applying you accept

rules of service