Heyran Shirinova

Ophthalmologist

26 years of experience

Baku
Katarakta hekimtap.az

Katarakta

Author: Oftalmoloq 077 398 00 55
2447

Published: 21.08.2019
Heyran Shirinova

Katarakta nədir?

Katarakta göz bəbəyinin arxasında yerləşən təbii büllurun hər hansı səbəbdən şəffaflığını itirməsi nəticəsində bulanmasıdır. Katarakta orta yaş üstü insanların xəstəliyi olsada anadangəlmə də rast gəlinir. Digər səbəblər arasında isə diabet, travma və bir cox immun sistem xəstəlikləri, steroidlərə bağlı, və s kimi təsir edici amillər rol oynayır.

Kataraktanın şikayətləri:

-Görmədə yavaş-yavaş azalma
-İşığa həssaslıq
-İkigörmə
-Oxuda çətinlik
-Gecə görüntüdə azalma
-Rənglərdə pozulma
-Eynək nömrələrinin tez-tez dəyişməsi
    
Kataraktanın səbəbləri:

Kataraktaların çoxu yaşla və travma nəticəsində büllurun küt və ya iti zədələnmələrindən sonra müşahidə edilir. Bəzi hallarda isə genetik xəstəliklərdə kataraktaya səbəbdir. Kataraktanın bir başqa səbəbi isə bəzi göz əməliyyatlarının yan təsiridir.

Katarakta necə əmələgəlir?

Büllur gözə düşən  işiqları toplayır və retinaya ötürür. Yaşla əlaqədar büllur qalınlaşir elastikliyini itirir. Yaşa bağlı digər dəyişiklik isə büllurun strukturunda baş verən dəyişikliklərə bağlı strukturunun pozulması  kiçik topalar əmələ gətirir . Və bu da lensin içində çoxsaylı bulanıqlıqlar əmələ gətirir. Proses inkisaf etdikcə bulanıqlaşma artır və bütün lensi əhatə edir. Nəticədə görmə “0” a qədər itirilmiş olur. Katarakta çox zaman her iki gözdə olur lakin bərabər olmaya da bilir. Bir gözdəki katarakta daha çox inkişaf etmiş olur və görmə də həmin gözdə daha zəif olur.

Kataraktanın risk faktorları:

-Artan yaş
-Diabet
-Günəş işığına məruz qalma
-Siqaret
-Artıq çəki
-Yüksək təzyiq
-Öncədən alınmış travma və ya iltihab
-Öncədən edilmiş göz əməliyyatı
-Aşırı alkoqol qəbulu
-Kortikosteroid dərman preparatlarının uzun müddət qəbulu

Kataraktanın  müalicəsi:

Kataraktanın tək müalicə üsulu  əməliyyatdır. Katarakta görməni bəlli səviyyəyə qədər azaltdığında mütləq  müalicə edilməlidir. Başlanğıc səviyyəsində katarakta xəstənin  iş qabliyyətinə və ya günlük yaşamına  mane olarsa əməliyyatı daha tez  müddətdə  planlaşdırmaq olar. Katarakta cərrahiyyəsində son illər daha önəmli proqressiya izlənilir. Premium göz içi lenslər sayəsində xəstələrə əvvəlkinə nəzən daha komfortlu görmə vermiş olur,multifokal lenslərlə isə həm uzaq həm də yaxın eynəyindən birdəfəlik azad  olunur. Katarakta cərrahiyyəsi bulanmış təbii  lensi süni lenslə evəz edir və eyni yere yerləsdirilir. Bəzi insanlarda süni linzanin yerləşdirilməsi  uyğun olmayan hallarda  bulanmış büllur xaric edilir, görmə eynək korreksiyası və ya kontakt linzalarla  evəz edilir. Katarakta cərrahiyyəsi yerli keyləşdirici damcılar vasitəsi ilə xestə oyaq halda aparılır və xəstə dərhal evə buraxılır. Katarakta əməliyyatı güvənilir əməliyyatlardandır, ancaq infeksiya və qanama riski də daşıyır.Katarakta əməliyyatı retina qopması riskini də artırır. 

Əməliyyatdan bir neçə gün sonra diskomfort hissindən azad olursunuz, tam sağalma dövrü səkkiz həftədir. Hər iki gözdə katarakta cərrahiyyəsinə ehtiyac varsa ilk əməliyyat bərpa olduqdan sonra aparıla bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az    


Heyran Shirinova

Choose time

Write you telephone number

By applying you accept

rules of service